Fermerlər üçün rahat və asan ödəniş sistemi

Ödənişlərin daha rahat və asan şəkildə həyata keçirilməsi məqsədilə “ASAN ödəniş” sisteminə inteqrasiya aparılıb.

Fermerlər üçün asan ödəniş

fermerlərə asan ödənişFermer bizim xidmətlərə görə öhdəliklərini ölkə üzrə bütün “E-manat”, “MilliÖn” ödəniş terminallarında və “Asanpay.az”, “E-pul.az”, “Potrmanat.az” saytları vasitəsilə rahat şəkildə yerinə yetirə bilər.

Bunu açıqlamasında “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətin informasiya və elektron xidmətlər şöbəsinin müdiri Ayaz Qədirov deyib.

Onun sözlərinə görə, “Aqrolizinq” ASC-nin filialları rayon mərkəzindən kənarda yerləşir. Belə ki, hər dəfə fermerlər qurumun xidmətlərindən yararlanarkən ödəniş etmək üçün kifayət qədər məsafə qət edərək banklara getməli olurdular.

Hal hazırda filiallarda əlavə ödəniş terminallarının quraşdırılması üzrə işlər aparılır və artıq 17 rayon üzrə bu işlər tamamlanıb. Bu da öz növbəsində fermerə imkan yaradır ki, vaxt itkisi olmadan, uzun növbə gözləmədən, filialdan ayrılmadan ödəniş edib məhsulu ala bilsin.

Mənbə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!