Fermerlər üçün yüksək məhsuldar toxumlar

Dövlət Toxum Fondu tərəfindən Stavropol vilayətindən gətirilmiş 180 ton quraqlığa və kəskin iqlim şəraitinə dözümlü elit “Qrom” və “Krasnodar 99” buğda toxumlarının satışı həyata keçirilib.

Yüksək məhsuldar toxumları

yüksək məhsuldarlıqAlıcılar ödənişi həyata keçirdikdən sonra yüksək məhsuldarlıqlı toxumları Şəki şəhərində yerləşən anbardan 2-3 oktyabr tarixlərində təhvil alıblar.

Toxumçularınfermerlərin yüksək reproduksiyalı toxumlara olan tələbatlarını nəzərə alaraq toxumçuluq üçün nəzərdə tutulan elit toxumların gətirilməsi davam etdiriləcək.

Bu məqsədlə artıq Stavropol vilayətində toxumçuluqla məşğul olan şirkət ilə 140 ton «Qrom» elit toxumunun gətirilməsi üçün müqavilə bağlanılıb.

Toxum satışı

Müqavilənin şərtlərinə əsasən qeyd olunan toxum 15-17 oktyabr tarixləri ərzində ölkəyə daxil olacaq. Artıq toxum satışı ilə əlaqədar sifarişlər qəbul olunur.
Eyni zamanda Dövlət Toxum Fondu tərəfindən erkən əkilən (farac), yüksək məhsuldarlıqlıbirinci reproduksiyalı kartof toxumlarının gətirilməsi planlaşdırılır.

Toxumların sifarişi artıq qəbul olunur əldə etmək istəyən fermerlər Kənd Təsərrüfatı Nazirliyinin «1652» Çağrı Mərkəzinə  müraciət edə bilərlər.

Mənbə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!