Fermerlərə innovativ dəstək

Azərbaycanlı tələbənin rəhbəri olduğu layihə şirkətlərin, fermerlərin diqqətini çəkir. “Eagle 2.0” layihəsi çərçivəsində yığılan və alternativ enerji ilə işləyən dronlarla iri sahələri suvarmaq, təsərrüfatların havadan görüntüsünü çəkmək, ərazilərə nəzarət edmək barədə fermerlərə dəstək olacaq. Həmçinin hərbi və tibbi məqsədlər üçün də istifadə oluna bilər.

Daha əvvəl də saytımızda aqro sektor üçün innovativ dəstək və startup-lardan bəhs edirdik. Gələcəyin fermaları çox “ağıllı” və robotlaşmış olacaq. Dronlar və robotlar, aqrosektorda ağır işlərin öhdəsindən rahatlıqla gəlir və isqtisadi səmərəliliyi də artırır. Məsələn, robotlar gübrə istifadəsini dəfələrlə azalda bilir.

Layihə rəhbəri olan Ayxan Qurbanov Azərbaycan Texniki Universitetinin ikinci kursda oxuyur. Hazırda bir ildir ki, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasında (AREA) müəllim kimi fəaliyyət göstərir. Eyni zamanda, özünün startap layihəsi üzərində işləyir.

innovativ dəstək

Ayxan Qurbanov bildirib ki, “Eagle 2.0” layihəsinin ideyası Rusiyada “Gələcəyin mühəndisi-2018” müsabiqəsində iştirak edən zaman yaranıb və dronun ilkin variantı üzərində işləməyə başlayıb.

Gənc startapçı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “İdeyadan biznesə” startap turuna qatılıb. “İdeyadan biznesə” turu ona ideyasını inkişaf etdirməkdə kömək olub.

“Eagle 2.0” layihəsi alternativ enerji ilə işləyən və havada uzun müddət qalan dronların yığılmasından ibarətdir. Məqsəd alternativ enerji ilə işləyən dronların bütün sahələrə inteqrasiya olunması və əsasən fermerlərə innovativ dəstək olmaqdır. Misal üçün, xüsusi dronlarla fermalarda sahələrin suvarılması, obyektlərin havadan görüntüsünün çəkilməsi, onlarda yaranmış zədələrin aşkarlanması, hərbi əməliyyatlarda xüsusi yüklərin daşınması və digər funksiyaları yerinə yetirmək mümkündür”, – deyə Ayxan Qurbanov əlavə edir.

Bu dronlar 120 kiloqramadək yük qaldıra bilər.

Onun sözlərinə görə, layihə üzərində işləyən komanda Azərbaycan Texniki Universitetində açılan laboratoriyada çalışır. Universitetin nəzdində Milli Qəhrəman Çingiz Qurbanov adına ixtiraçılar klubu da yaradılıb. Klubun 50-yə yaxın üzvü var. Burada silah sistemləri və digər innovativ layihələr üzərində tədqiqatlar aparılır, modellər yaradılır.

Artıq “Eagle 2.0” dronunun bir neçə variantı da hazırdır. Gənc startapçı bir neçə aya böyük model dron hazırlamaq niyyətindədir. Hətta bəzi şirkətlər də bu dronlarla maraqlanırlar.

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!