Fermerlərə kömək məqsədli sərgi keçiriləcək

İyulun 2-dən 4-dək Tatarıstanda ən böyük sahə formatlı “TATARSTAN SAHƏ GÜNÜ 2020” sərgisi keçiriləcək. Sərgidə təkcə yeni, perspektivli kənd təsərrüfatı bitkilərinin 100-dən çox çeşidini və hibridini deyil, həm də ən yeni müasir kənd təsərrüfatı texnikasını, heyvandarlıq, bitkiçilik istehsalını və kənd təsərrüfatı digər sektorlarının rəqəmsallaşdırılmasını görmək mümkün olacaq.

Hazırda kənd təsərrüfatının rəqəmsallaşdırılması iş proseslərinin avtomatlaşdırılması və idarə olunması istiqamətində sürətli inkişaf gedir.
aqro sərgi agroexpert.az

Texnologiyalar kənd təsərrüfatı istehsalçıları üçün cari fəaliyyətlərini əhəmiyyətli dərəcədə asanlaşdırır. 1C ilə inteqrasiya olunmuş analitik xidmətlər, GLONASS, mühasibat və reproduksiya sistemləri, sürətli məlumat əldə etməyə və qısa vaxtda düzgün idarəetmə qərarlarını qəbul etməyə imkan verir.

Bu sərgidə kənd təsərrüfatı komplekslərinin rəqəmsallaşdırılması sahəsində çalışan şirkətlər fermerlər üçün maraqlı yeni üsullar, əkliflər edəcəklər. Beləliklə, məsələn, bir nəqliyyat vasitəsinin monitorinq sistemini qurarkən, 10 texnika vahidi üçün hesabladıqda, geri ödəmə müddəti bir neçə gün olacaq. Müəssisə üçün ayda qənaət (və buna görə əlavə qazanc) 10.000.000 rubl (244000 AZN) təşkil edəcəkdir.

Bitkiçilik sahəsində, kənd təsərrüfatı sektoru üçün telematik məlumatlara əsasən tarla işlərini izləməyə imkan verən sadə, lakin effektiv bir həll təqdim edəcəklər.

Telematik -telekommunikasiya, nəqliyyat texnologiyaları və kompüter elmlərini əhatə edən bir fənlərarası bir sahədir.

Məhsul işçilərə və təsərrüfat rəhbərlərinə tarlalar, məhsullar və onların emalı barədə şəffaf məlumatlar verir. Əkin sahələrinin kim tərəfindən, nə vaxt və necə emal edildiyi barədə xüsusi məlumatlara sahib olan menecer, aqrobiznes proseslərini effektiv şəkildə planlaşdıra və inkişaf etdirə biləcəkdir.

Femerlər “Aqrosənaye komplekslərinin rəqəmsallaşdırılması” blokunda heyvandarlıq üçün maraqlı həll yolları tapa biləcəklər. Müasir texnologiyalar proseslərin müxtəlifliyini təhlil etməyə imkan verir: süd vermə, çoxalma, peyvəndləmə, heyvanların müalicəsi və s. Bununla da şirkətin məhsuldarlığı, səmərəliliyi və gəliri nəzərə çarpacaq qədər artır.

İşgüzar proqram çərçivəsində sərgi iştirakçılarının təqdimatları, həmçinin kənd təsərrüfatı müəssisələrinin və elmi ictimaiyyət nümayəndələrinin iştirakı ilə kənd təsərrüfatı sektorunun inkişafındakı aktual məsələlərin müzakirəsi aparılacaqdır.

Sərgi Tatarıstan Respublikasının Laişevski rayonu (Bolşie Kabany kəndi yaxınlığında) baş tutacaq.

Sərginin “Aqro-Sənaye Kompleksinin Rəqəmsallaşdırılması» blokunun məqsədi

  • fermerlər üçün proqram təminatı sahəsində inkişaf etmiş elmi nailiyyətləri,
  • aqro-sənaye kompleksi üçün İT həlləri və texnologiyalarını öyrənmək,
  • fermerlər arasında işgüzar əlaqələri gücləndirmək və avadanlıq,
  • mal, xidmət və kənd təsərrüfatı məhsullarının istehlakçıları ilə təchizatçıları arasında əlaqə yaratmaq, birləşdirməkdir.

Bir sözlə, bu sərgi kənd təsərrüfatı sektorunu dəstəkləmək və inkişaf etdirmək üçün nəzərdə tutulub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!