Fərqli dad: Yumurtalı pomidor dolması

yumurta pomidor dolması

Mətbəxdə fərqlilik edərək tavada yumurta əvəzinə pomidorun içində qayğanaq bişirməyi sinamaq istəyərsiniz? Elə isə Agroexpert.az sizlərə 10 dəqiqəyə hazırlanan dadlı yumurtalı pomidor dolmasının reseptini təqdim edir.

Tərkibi:
  • 4 ədəd orta böyüklükdə pomidor
  • 4 ədəd yumurta
  • 1 stəkan rəndələnmiş holland pendiri
  • 1 stəkan pomidor püresi (və ya rəndələnmiş pomidor)
  • 1/2 stəkan isti su
  • 2 xörək qaşığı zeytun yağı
  • 1/2 çay qaşığı duz
  • 1/2 çay qaşığı istiot

Yumurtalı pomidor dolması. Hazırlanma qaydası:

İlk öncə pomidorları bol suda yuyun. Pomidorların saplaq hissəsindən qapaq şəklində kəsin. Orta hissələrini bir qaşıq köməyiylə çıxarıb duz və istiot vurun.

yumurtali pomidor dolması

Dolmanın sousu üçün zeytun yağını bir tavada qızdırın. Pomidor püresini əlavə edin və 2- 3 dəqiqə orta odda bişirin. İsti su əlavə etdikdən sonra sousu 2 dəqiqə qaynadın. Pomidorları soba sinisinə yerləşdirin .Pomidorların içinə rəndələnmiş holland pendirini bərabər bölüşdürün və üzərinə bir ədəd yumurta sındırın. Duz və istiot səpin. Pomidor sousunu da siniyə əlavə edin. Yumurtalı pomidor dolmalarını əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin. Xırda doğranmış göy soğan səpib isti-isti süfrəyə verin.

Nuş olsun!

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!