Fərqli reseptlərlə kivi mürəbbəsi hazırlamağın qaydaları

Mürəbbə sevdiyimiz ləzzətlərdən biridir. Bir çox meyvədən, hətta tərəvəzlərdən də hazırlanır. Lakin əksəriyyəti gündəlik olaraq istifadə etdiyimiz, yeməyə alışdığımız meyvə-tərəvəzlərdir. Bugün isə sizlərə ölkəmizə əsasən xaricdən ixrac olan kivi mürəbbəsinin hazırlanmasından bəhs edəcəyik.

Digər mürəbbələr kimi kivi mürəbbəsinin də müxtəlif cür hazırlanma qaydaları var. Bu səbəbdən hər birini ardıcıllıqla qeyd edəcəyik.

agroexpert_Az kivi murebbesi

Kivi mürəbbəsi hazırlamağın birinci üsulu

Tərkibi: 

  • 1,5 kq kivi
  • 1 kq şəkər tozu
  • 1 ç.q. limon şirəsi (1 ç.q. limon turşusu)

Kivini yuyub qabığını təmizləyin. Doğrayın. Qazana yığıb limon turşusu və ya limon şirəsi əlavə edin. Qarışdırıb zəif odda bişirin. Tam bişəndən sonra şəkər tozunu əlavə edib qarışdırın. Qaynara düşəndən sonra 15-20 dəqiqə bişirin. Bankalara töküb ağzını bağlayın. 

Kivi mürəbbəsi hazırlamağın ikinci üsulu

Tərkibi

  • 1 kq kivi
  • 1 limon 
  • 1 limonun şirəsi
  •  900 q şəkər tozu

Limonu fırça ilə tərtəmiz yuyub nazik dilimləyin. 100 q şəkər tozu və 100 ml su ilə birlikdə qazana qoyun.  Kivinin qabığını təmizləyib həlqə doğrayın və limon olan qazana qoyun. Limon şirəsi və qalan şəkər tozunu da əlavə edin. Qaynara düşəndə saxsı qaba tökün və otaq temperaturunda bir gecə saxlayın. Sabahı gün mürəbbəni yenidən qazana tökün, qaynara düşəndən sonra daha 20 dəqiqə qaynadın, hərdənbir qarışdırın. Sterilizə olunmuş bankalara tökün, soyuyandan sonra ağzını qapaqla bağlayıb soyuq yerə qoyun.

Kivi mürəbbəsi hazırlamağın üçüncü üsulu

Tərkibi

  • 1 kq kivi
  • 1 kq şəkər tozu
  • 2 ədəd limon 
  • 250 q. su

Kivinin qabığını soyub dilimləyin. Enli ləyənə su töküb ocağın üstünə qoyun, şəkər tozu əlavə edin, qarışdıraraq əridin. Su qaynayıb şəkər tozu əriyən kimi qazı söndürün. Kivi dilimlərini siropun içinə düzüb bir gecə saxlayın. 2 limonun şirəsini çıxararaq buraya əlavə edin. Sabahı gün ləyəni çox iti odun üzərinə qoyun. Qaynara düşən kimi ocağı azaldıb 15 dəqiqə bişirin. Sonra qazı söndürüb axşama kimi mürəbbəni saxlayın. Axşam və o biri gün səhər proseduru eynilə təkrar edin. Belə edəndə dilimlər bütöv qalır. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!