Feyxoa ağaclarının əkilməsi və ona qulluq qaydaları

Ötən məqaləmizdə dekorativ feyxoa ağacları haqqında bir sıra maraqlı məlumatları təqdim etmişdik. Bu gün isə bu gözəl ağacın əkilməsi və ona edilən qulluq qaydalarından bəhs edəcəyik.

Bitki həmişəyaşıl yumru-yığcam cətirə malikdir. Eləcədə çiçəklədiyi ərəfədə çox gözəl göründüyündən ondan bəzək bağçılıqda geniş istifadə edilir.

  • Feyxoa xırda çətirə malik olan dekorativ kollarla 1,5-2 m-lik məsafədə,
  • nisbətən iri çətirə malik kollarla isə 3 m-lik məsafədə əkilməlidir.
Canlı çəpərlərin yaradılmasında da feyxoadan istifadə etmək olar.
agroexpert.az feyxoa agaci dekorativ feyxoa

Feyxoa istiliksevən bitki olmasına baxmayaraq 25°C-dən yuxarı temperaturda böyüməsi dayanır. Cavan yarpaqların uc hissələrindən yanıqlıq müşahidə olunur. Ona görə də ərazidə bitkini yerləşdirərkən bu amil nəzərə alınaraq nisbətən yarımkölgəli yerlər seçilməlidir.

Feyxoanın çiçəkləri ikicinsiyyətli və öz-özünə tozlanandır. Buna baxmayaraq bitkinin bir neçəsi yanaşı əkildikdə çarpaz tozlanma nəticəsində məhsuldarlıq daha yüksək olur.

Nəzərə alınmalıdırki, çoxaldılma üsulundan asılı olaraq bitkilər müxtəlif illərdə yəni toxumla çoxaldılan zaman 6-8, vegetativ yolla – qələmlərlə, calaqla və s. çoxaldılan zaman isə 2-3 ildən sonra çiçəkləyib məhsul verir.

Feyxoa xarici mühit amillərinə həssas bitkilərdən hesab olunur. Xüsusilə rütubət amili cinsin inkişafında böyük rol oynayır. Torpağın və havanın rütubəti azaldıqca bitkinin böyüməsi və inkişafı ləngiyir. Yağıntıların miqdarı az olduğu aylarda bitkilər ayda 3-4 dəfə (5 yaşa qədər olan bitkilərə hər dəfədə 20-30 litr, yaşlı bitkilərə isə 50-100 litr norma ilə) suvarılmalıdır.

Feyxoa torpaq qidasına az tələbkar bitkilərdəndir.

Lakin yaxşı böyüməsi və bol çiçəkləyib normal məhsul verməsi üçün münbit torpaqları sevir. Toxumla və qələmlə çoxaldılır.

Toxumla çoxaldılma

Bu zaman iri, tam yetişmiş meyvələrdən istifadə olunmaqla, meyvələr çürüyənə qədər (yanvar, fevral ayları) saxlanılır. Sonra meyvələr əzilir yuyulub toxumlar təmizlənib və dərhal da səpilir. Səpin xüsusi hazırlanmış və yeşiklərə doldurulmuş substrata (çay qumu+qidalı, yumşaq torpaq +yarpaq çürüntüsü 1:1:1 nisbətində) 1 sm dərinliyində cərgəvi üsulla səpilərək kipləşdirilir. Suçiləyənlə suvarılaraq 20-25°C olan otaqlara qoyulur. Toxumlar cücərənə qədər substrat tez-tez nəmləndirilir.

agroexpert.az feyxoa ağaclarınin çoxaldılmasi və qulluq

12-15 gündən sonra ilk cücərtilər əmələ gəlir. Bu zaman otağın temperaturu 15-16°C-yə endirilir. Cücərtilərdə 5-6 yarpaq formalaşdıqda onlar tək-tək xüsusi hazırlanmış 1-2 litrlik polietilen dibçəklərə köçürülür. Dibçəklərin substratı toxumda olduğu kimi hazırlanır. Dibçəklərdə bitkilərə qulluq işıqlı ərazilərdə saxlamaqdan və tez-tez suvarmadan ibarət olur. 8-10 yarpaq formalaşdıqdan sonra bitkilər daimi yerlərinə – açıq sahəyə və ya daha iri qablara köçürülə bilər.

Qələmlə çoxaldılma

Bu zaman yarıodunlaşmış və 10-15 sm uzunluqda kəsilmiş qələmlərdən istifadə edilir. Qələmlər noyabr-dekabr aylarında temperaturu 18-22°C olan istixanalarda əkilir. Kökverməni sürətləndirmək üçün heteroauksinlərlə işlənməlidir. Qələmlərin əkiləcəyi substrat toxumlarda olduğu kimi hazırlanır. Qələmlərə qulluq mütəmadi suvarmadan və üzərinin bir ay müddətində şüşə ilə örtülməsindən ibarərdir.

Bitiş almış qələmlər növbəti iln oktyabr-noyabr aylarında daimi yerlərinə köçürülür. Feyxoa digər kol bitkilərindən 3 m, ağac bitkilərindən isə 4 m aralı məsafədə əkilməklə birgövdəli və 4-5 qollu kol formasında becərilir. Becərilmə ərəfəsində feyxoa yayın ikinci yarısından etibarən xırda, ulduzvari, ağ rəngli yastıcalarla sirayətlənir. Zərəverici bitkinin şirəsini somurmaqla qidalanaraq onun inkişafını zəiflədir. Özünün ifrazatı ilə bitkini çirkləndirərək ümumi görkəminə xələl gətirir. Ona görə də çalışmaq lazımdır ki, zərərverici bitkiyə sirayət olunmasın.

agroexpert.az feyxoa agaci dekorativ feyxoa

Bunun üçün ilk növbədə aqrotexniki tədbirlər aparılmalıdır. Yəni feyxoa üçün yaxşı havalanan və az kölgəli ərazilər seçilməli və çətirdə sıxlıq yaradan budaqlar kəsilməlidir. Bitkidə zərərverici müşahidə olunduqda kimyəvi preparatların tətbiqi qaçilmazdır.

Bunun üçün əvvəlcə bitki adi su ilə yuyulur, 1-2 saatdan, yəni bitki quruduqdan sonra hər 10 litr suya 200 q VOLK-92 və 10 q paskal (paskalı digər preparatlar- avantaj, desis və b. sistem təsirli insektisidlər də əvəz edə bilər) qarışdırılırt. Bitkiki həmin qarışıqla yuyulur. 3 gündən sonra bitki adi su şirnağı ilə yenidən yuyulur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!