Bağçalarda xəstəliklər Bağçılıq

Fındıq ağacının yetişdirilməsi və xəstəliklərə qarşı mübarizə yolları

Fındıq meyvələrinin tərkibində 60-75% yağ, 10-12% zülal maddələri var. 2-5% saxaroza var. Respublikamızda fındıq bağları əsasən dağətəyi rayonlarda yayılmışdır. Xüsusilə Zaqatala, Qax, Balakən, Oğuz, Qəbələ rayonlarında. Fındıq cinsi üsküklülər fəsiləsinə mənsub olub, 12 növü əhatə edir. Mədəni halda fındığın 5 növü becərilir. Xüsusilə adi fındıq yayılmış əsas əsas sortların “valideyni” hesab olunur.

Respublikamızda becərilən əsas fındıq sortları.

  1. “Ata-baba” sortu
  2. Yağlı fındıq sortu
  3. İri Gəncə sortu
  4. “Kudryavcik”(Qıvırcaq)
  5. Kerasund sortu

Bu bitki toxumları, kollarının böyüməsi, pöhrələri, legenda üsulu ilə çoxaldılır. Başqa bitkilərdə olduğu kimi fındığı toxumları ilə çoxaltdıqda nəsildə müxtəliflik əmələ gəlir və gec məhsul verir.

Fındıq bağı saldıqda oranın becərilməsini mexanikləşdirmək üçün düz və ya bir qədər maili sahələr seçilməlidir. Çökək və su basar yerlərdə bitkilər göbələk xəstəliyinə tutulur.

>>>>> Fındıq qabığının xüsusiyyətləri və faydası… <<<<<

Payızda əkiləcək fındıq ağacları üçün çalalar əkindən 20-30 gün əvvəl, yazda əkiləcək ağaclar üçün isə payızdan hazırlanması məsləhətdir. Çalaların dərinliyi 40-50sm, diametri 50-70sm olmaqla bir-birindən 10metr məsafədə qazılır. Sonra tinglər iki hissə torpaq və bir hissə təzə peyin qarışdırılmış horraya(baltuşka) batırılıb çalaya basdırılı və suvarılır. Havadan asılı olaraq suvarma 2-3 dəfə təkrar edilir. 

Bağda görülən işlər.

Kök sisteminin tutduğu sahə fındıq kolları bastırıldıqdan iki il sonra azı 1.5-2 metr; üçüncü il 2.5m; dördüncü il 3 m; beşinci il 3.5 m; altıncı il 4 metr dairəyə malik olur. Gövdənin ətrafındakı dairənin torpağı ildə iki dəfə bellənməlidir.

Diqqət: Dairəni belləyərkən beli köklərin eninə deyil, uzununa vurmaq lazımdır. Payız bellənməsi 18-20sm, yazda isə 10-12 sm dərinlikdə olmalıdır. Gövdəsinin ətrafındakı sahənin hər kv.metrinə 10kq peyin, 10 qr azot, 6 qr fosfor və 6 qr da kalium verilməlidir. Gübrəni ağacın gövdəsindən 15-20 sm aralı aparmalı və onun ətrafındakı dairənin bütün sahəsi boyu səpib, dərhal torpağı çevirmək lazımdır.

Fındıq 6 illik olduqda məhsul verməyə başlayır. Ağaclara forma verərkən elə etmək lazımdır ki, hər kolda 10 ədəd gövdə qalsın. Bu illər ərzində əmələ gələn zəif və xəstə gövdəciklər kəsilib atılır. Yerdə qalan 10 gövdə bitkinin çətrini təşkil edir.

Bu ağac altıncı il məhsul verir. 15 illik olduqdan sonra tam məhsul vermə dövrünə başlayır. Təxminən 25-30illik olduqdan sonra onun məhsuldarlığı azalmağa başlayır. 30-35 yaşına çatdıqda ağac tamamilə məhsuldarlıqdan düşür.

Bunun üçün fındıq kolları cavanlaşdırılmalıdır. Belə ki, kolların yalnız bar verməyən gövdələrinin kəsilməsi məsləhət görülür. Kolların cavanlaşdırılması əməliyyatını 5 ilə aparmaq lazımdır. Bu məqsədlə hər il kollarda olan 10 ədəd müxtəlif yaşlı gövdənin ikisini kəsib atmaq məsləhətdir. Kəsilib atılan gövdələrin yerinə yeni cücərmiş cavan gövdəciklərdən əvəzciklər yaratmaq lazımdır. 

Fındığın xəstəlik və zərərvericiləri

fındıq ağaclarının budanmsı. fındıq ağaclarına qulluq qaydaları

Dünyada 97 növ fındıq zərərvericisi müəyyən edilib. Onlardan 32-i kolun gövdəsini, yarpaqlarını, meyvə tumurcuqlarını və kökü zədələyir. Bunlardan başlıcası gənəciklər, mənənələr, siçovullar və s.

Eyni zamanda fındıqda akasya yastıcasının şirəli ifrazatı üzərində inkişaf edən “hisli göbələk”, “çopurluq” ve “unlu şeh”xəstəliklərinə rast gəlinir.

Mübarizə tədbirləri…

1.Tumurcuqlar açılmazdan əvvəl (martın 10-25-i) 4%-li yağlı emulsiya ilə çiləmə aparmaq. Necə? 

100lt suya 4lt dizel yanacağı (solyarka) qatıb bağa tam çiləmək lazım. Bir hektara 300lt suya 12 lt neft qatıb vurmaq olar. (Olur 4%-li) 

fındıq ağaclarına qulluq

2. Fındıq güvəsi və uzunburuna qarşı: Avantaş 25EC. Norma 100lt suya 1lt qatıb bağı çimizdirin.

3. Amerika ağ kəpənəyinə qarşı: Kormilin . Norması – 20ml-i 100lt suya qatmalı.

4. Gənələrə və yastıcalara qarşı: Suprakor 40 EC. Norması- 100ml-i 100lt suya qatmalı.

Xəstəlikləri:

“Hisli göbələk”, “çopurluq” və “unlu şeh” xəstəliyinə qarşı ağacların sükunət dövründə 3%-li göy daş məhlulu (mis sulfat) istifadə olunur. Məsələn, 100lt suya 3kq; 300lt suya 9 kq qatılaraq alınır 3%-li məhlul.

Fındıqda muskardin xəstəliyinə qarşı: Korguram forte 80WP. Norması- 4kq 100lt suya qatılır və çiləmə üsulu ilə tətbiq olunur. 

Müəllif: AMEA-nin Genetik Ehtiyatlar Institutunun Qarabağ Elmi Tədqiqat Bazasının baş aqronomu Şirinov Məhəmməd


>>>> Qoz və fındığın orqanizmə təsirləri … <<<<

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: