Fındıq qabığlarının xüsusiyyətlərini bilirdinizmi?

Bu günə qədər hər birimiz fındıq qabığını atırdıq. Meyvələri heç vaxt qabıqlı yemirdik… Bəs onların tərkibində vitaminlərlə zəngin olduğunu bilirdinizmi?

Fındıq qabığının faydası nədir?

fındıq qabığıBildiyiniz kimi, fındığın həm özü, həm də yağı sağlamlığa olduqca faydalıdır və mütəxəssislər bu məhsulların istifadəsini təklif edir.
Lakin aparılan son araşdırmalar fındıq qabığının möcüzəvi xüsusiyyətlərini bəlli etdi. Bununla bağlı sizin nəzərinizə çatdırmaq istəyirik ki, bir çox meyvənin əsl faydası qabığındadır…

Fındıq qabığın haqqında araşdırmalar… 

Mütəxəssislərin apardığı araşdırmalarda, fındıq qabığında kemoterapi dərman vasitələrinin xammal maddəsi təbii “paklitaksel”in olduğu ortaya çıxdı.
Araşdırmalar nəticəsində fındıq qabığında dünyada istifadə edilən 5 xərçəng dərmanlardan birinin aktiv maddəsi olan “paklitaksel” tapılaraq xərçəng müalicəsi sahəsində böyük bir kəşfə imza atıldı.
Mütəxəssislər bütün bu işləri həyata keçirirlər və araşdırmalar davam edir.

Alimlərin nəticəsi..

Türkiyədə 2 il dəvam edən tədqiqatın nəticələri açıqlanıb. Laboratoriya şəraitində aparılan tədqiqat nəticəsində fındıq qabığının inanılmaz təsiri ortaya çıxıb. Məlum olub ki, fındıq qabıqlarından kimyəvi terapiya dərmanlarının bir maddəsi əldə edilir. Artıq sınaq üçün istehsala başlanılıb. Alimlər fındığın qabığı, gərzəyi və yarpaqları üzərində tədqiqat aparıblar və qeyd ediblər ki, o xərçəngə qarşı kimyəvi terapiyadır.

Mənbə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!