Qaranlıqda işıq saçan-Fosfor çatışmazlığı (P)

Bütün canlılar üçün fosfor önəmli və vacib maddədir. “Fosfor çatışmazlığı nədir?” dən öncə, Fosfor niyə bu qədər önəmlidir? sualına cavab tapaq.

Kalsiumdan sonra vücudda ən çox olan mineral fosfordur. Fosforun 80%-i kalsiumla bərabər (kalsium fosfat) sümük və dişlərdədir. Geri qalanı qan, əzələ, vücuddakı maye, beyin və sinir toxumalarındadır.

Fosforun vəzifələri:  
  • Karbohidrat, zülal və yağların həzmində iştirak edir.
  • Dişlərin inkişafı-böyüməsi üçün lazımlıdır.
  • Sümüklərin böyüməsinə köməklik edir.
  • Konsentrasiya qabiliyyətini artırır.

İnsanlarda fosfor çatışmazlığı : 

  • Fiziki, mənəvi (ruhi) yorğunluğa;
  • Davamlı əzələ yorğunluğuna; Əzələ zəyifliyinə;
  • Oynaq ağrılarına və sərtləşməyinə;
  • Uşaqlarda dişlərin gec çıxmasına;
  • Sümük ağrılarına səbəb ola bilər.

Bitkilərdə fosfo:  Protein sintezini tənzimləyir. Hüceyrə bölünməsi, yeni toxuma inkişafı baxımından əhəmiyyətlidir. Bitkilərdə qarışıq enerji çevrilmələrini əlaqələndirir.Fosfor meyvələrin yetişməsini sürətləndirir və bitkilərin soyuğa davamlılığını artırır.

Torpaq isinmədən aparılan fidan (ting) əkimində bitki torpaqdan fosfor ala bilmir. Bitkilərdə fosfor çatışmazlığı nəyə səbəb olur?Torpaqhavanın aşağı bitkilərdə fosfor çatışmazlığıtemperaturu, Al, Fe, Mn, xlornitrat ionların normadan artıq olması bitkilərdə fosforun çatışmazlığına və assimilyasiyasına təsir edən amillərdir.

Göstəricilər : Bitkilərdə fosfor çatışmazlığı özünü yarpaqlarda açıqca büruzə verir. Beləki, yarpaqlar maviyaşıl, bənövşəyi və ya tünd qırmızı olur. Alt yarpaqların kənarlarında sarı, qəhvəyi və  ya qara rəng görünə bilər. Böyük bir çatışmazlıq səbəbindən bitkinin böyüməsi yavaşlayır. İnkişaf mərhələsi geriləyir.
Çiçəklənməyetişmə depresif şərait altında olduğundan kiçik ölçülü gənc yarpaqlar bitkinin uclarından uzaqlaşır. Alt yarpaqlarda görünən əlamətlər açıq şəkildə azalır. Onların kökləri qəhvəyi rəngdən qaraya qədər dəyişir. Yan kökləri isə gec yaranmağa başlayır.

Ümumiləşdirək. Fosfor əksikliyi zamanı bitkidə görülən problemlər aşağıdakılardır:

  1. Hüceyrələrdə maddələr mübadiləsi ləngiyir;
  2. Məhsuldarlıq azalır;
  3. Bitki kökləri zəyifləyir;
  4. Böyümə dərəcəsi aşağı düşür;
  5. Bitki gövdəsi incə və sərt olur;
  6. Tumurcuqlanma azalır;
  7. Gövdədə bənövşəyi, qırmızı ləkələr yaranır;
  8. Yarpaqlarda bənövşəyi-qırmızı çalarlarda ləkələr yaranır;
  9. Yarpaqlar kiçilir;
  10. Yarpaqların rəngi tündləşir; bitkilerde fosfor eksikliyi
  11. Yarpaqlar geriyə qıvrılır;
  12. Yarpaq ucları geriyə əyilir;
  13. Çİçək və meyvə sayı az olur;
  14. Meyvənin keyfiyyəti pozulur;
  15. Meyvələr kiçilir;
  16. Köhnəalt yarpaqlar tez tökülür;
  17. Köhnə yarpaqlar ucdan saralır;
  18. Köhnə yarpaqların üzərində sarıdan qəhvəyi rəngə çevrilən, getdikcə qaralan ləkələr yaranır;

Fosfor çatışmazlığının tez hiss olunduğu bitkilər aşağıdakılardır:

Qarğıdalı, yerkökü, buğda, darı, yulaf, noxud, paxla,  pomidor, üzüm yarpağı. 

Daha çox fosfor çatışmazlığına çınqıllı torpaqlarda rast gəlinir.

Fosforun əsas mənbəyi heyvan mənşəli ərzaq məhsulları hesab edilir. Lakin taхıl və paхlalı bitkilərin tərkibində də fosfor vardır. Heyvanat mənşəli məhsullardakı fosfor orqanizmdə 95%, bitki mənşəli məhsullardakı isə 55-60% mənimsənilir. Fosforun mənimsənilməsi kalsiumun mənimsənilməsindən, qidanın tərkibindəki zülalın miqdarından və digər amillərdən asılıdır.

Meyvələrdən alma və armudda; Dənli bitkilərdən paxla, buğda, mərci, yulaf, arpada; Çərəzlərdən fındıq, yunan qozu, araxisdə; Tərəvəzlərdən turp, gül kələm, ispanaq, kərəviz, yaşıl noxud, zeytunda fosfor zəngindir.

Bitki mövsümündə problemin həlli:

Fosforlu HCS-in radikal tətbiqi.

 

 

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673