Fransa meyvə-tərəvəz daşınması üçün dəmir yolunu bərpa edir

Fransa dəmir yolu vasitəsi ilə yük daşınmasının inkişafına investisiya qoyur.

Fransa höküməti bununla ölkənin yollarında yük maşınlarının sayını əhəmiyyətli dərəcədə azaltmaq niyyətindədir. Həmçinin bu yolla tərəvəz və meyvələr də daxil olmaqla malların daşınma dəyəri bu ilin sonuna qədər əhəmiyyətli dərəcədə azalacaq.

Hətta 2021-ci ildə bu rəqəm iki dəfə azalacaq. Fransanın baş naziri Jan Kastonun sözlərinə görə, ölkənin dəmir yolu sisteminin inkişafı layihələri üçün 35 milyon avro (41,2 milyon dollar) ayrılacaq.

Artıq 2019-cu ilin iyul ayından etibarən, Fransa milli dəmiryol operatoru SNCF, təzə tərəvəz və meyvələrin cənub Perpignan şəhərindən Paris ətrafındakı Rungis topdansatış bazarına daşınması xidmətini təmin etmir. Fransanın cənub bölgəsi və paytaxtı 1986-cı ildən bəri birbaşa dəmir yolu ilə bağlı olub.

Bununla yanaşı, SNCF gəlirin azalması və köhnəlmiş qatarlar səbəbiylə keçən il layihəni dayandırmaq məcburiyyətində qaldı. Bundan əlavə, 2018-ci ilin yazında uzun sürən tətildən sonra bir çox meyvə və tərəvəz tədarükçüsü SNCF ilə müqavilələrini ləğv edib yenidən nəqliyyat vasitələrinə keçməyi seçdi.

İndi isə Jan Kasto 2021-ci ilə qədər ölkənin avtomobil yollarından təxminən 20 min ağır nəqliyyat vasitəsini çıxarmaq və karbon qazı tullantılarını ən azı 425 min ton azaltmaq üçün Perpiqnan və Paris arasındakı dəmiryol əlaqəsini bərpa etmək planlarını açıqladı.

Fransa hökümətin ən əsas məqsədi ölkənin cənubundan paytaxta tərəvəz və meyvələrin tədarükü üçün yüksək sürətli dəmir yolunu bərpa etmək olacaq. Bundan sonra isə xəttin İspaniyanın Barselona və Belçikanın Antverpen limanlarına qədər genişləndirilməsi imkanını nəzərdən keçirmək mümkün olacaq.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669