Fransa və Qazaxıstanda buğda istehsalının statistikası

Fransa Kənd Təsərrüfatı Nazirliyinin 2020-ci il üçün ilk proqnozuna görə, bu il yumşaq buğdanın istehsalı  21% azalaraq 31.31 milyon tona çatacaqdır.

2019-cu ildə bu rəqəm 39.55 milyon ton idi. Son beş il ərzində isə orta hesabla buğda istehsalında -12.4% azalma qeydə alınıb.

Bu il istehsal 2004-cü ildən bu yana ikinci ən aşağı göstəriciyə sahib il olacaq. Digər qeyri-məhsuldar il isə 2016/2017-ci illər mövsümü idi. Payız və quru yazda həddindən artıq yağan yağışlardan sonra, 2020 / 2021-ci illərdə yumşaq buğdanın orta məhsuldarlığı 7.11 t / ha (2019-cu ildə 7.91 t / ha) səviyyəsinə enəcəkdir. Bu da buğda istehsalında son 5 illik ortalamadan aşağı səviyyədir.

Lakin əkin zamanı əlverişsiz şərait səbəbindən əkin sahəsi də 2003-cü ildən bu yana ən minimum olaraq hesablanıb: 4,41 milyon hektar. 2019-cu ildə isə bu rəqəm 5 milyon hektar idi. Arpa məhsulu isə əsasən qış arpasının məhsuldarlığının azalması hesabına 10,3% azalaraq 12,33 milyon tona çatacaqdır. Son beş il ərzində isə orta hesabla 1,8% artım müşahidə olunub  

buğda gübrəsi  agroexpert.az

Kolza məhsulunun ötən illə müqayisədə 3.7% azalaraq 3.37 milyon ton olacağı gözlənilir. Bu isə son beş ildəki orta səviyyədən 30% daha az deməkdir.

Avropa Kənd Təsərrüfatı Bitkilərinin Monitorinqi Agentliyi iyun hesabatında 2020-ci ildə Qazaxıstanda buğda, arpa və qarğıdalı (taxıl üçün) məhsuldarlığını proqnozlaşdırdı. Bu da həmin proqnoza görə tərtib olunmuş cədvəl.

Bitki növüMəhsuldarlıq (t/ha)    
 Son 5 il ortalama20192020-ci il, iyun proqnozu% 2020-ci il, son 5 ilə nisbətən% 2019-cu ilə nisbətən
Qış buğdası1.921.951.85-3,7-5
Yaz buğdası1.150.971.150+18  
Qış arpası2.312.062.37+2,7+15
Yaz arpası1.471.281.46-0,9+14
Qarğıdalı5.765.926.07+5,3+2,5

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669