Fransada aqro sektor

Fransa kənd təsərrüfatı və onun inkişaf istiqamətləri.
fransada aqrosahə agroexpert.az

Fransa kəndlərində ərazisi 10-50 hektar olan orta təsərrüfatlar üstünlük təşkil edir. Təsərrüfatların yarıdan çoxu bu cürdür və onlar ölkə torpaqların 50% -dən çoxunu təşkil edirlər. Sahəsi 10 hektara qədər olan kiçik təsərrüfatlar da ölkə üçün çox xarakterikdir. Fransanın əkin sahələrinin təxminən 8% -i belə təsərrüfatların sərəncamındadır.

Sahəsi 50 hektardan çox olan böyük təsərrüfatların sayı 10% -dən azdır, lakin torpaqların demək olar ki, 40% -ə  məhz böyük təsərrüfatlar sahibdirlər. Xırda təsərrüfatlar çox da faydalı sayılmırlar və buna görə də onların sayı azalmaqdadır.

Fransız kənd təsərrüfatında məhsul istehsalının və heyvandarlığın bir çox sahələrində yaxşı inkişaf vardır. Lakin heyvandarlıq daha əhəmiyyətlidir və kənd təsərrüfatı məhsulları dəyərinin təxminən 60% -i təmin edir. Əsas taxıl məhsulu buğdadır. Burada ildə 29-30 milyon ton buğda istehsal edilir. Buğda məhsulunun təxminən 30% -i Şimali Fransa torpaqlarında yığılır. Arpa və qarğıdalı da Fransa kənd təsərrüfatında böyük dəyərə sahibdir.

Ölkənin şimal-qərbində yulaf və qarabaşaq yarması, mərkəzi torpaqlarda çovdar, Ron çayı sahilində düyü, kartof isə demək olar ölkənin bütün əkin sahələrində əkilir.

Üzüm də şimal və şimal-qərb ərazilər istisna olmaqla, hər yerdə yetişdilir. Burada ildə 10-12 milyon ton üzüm yığılır və bu məhsul əsasən şərab istehsalı üçün istifadə olunur.

Fransada heyvandarlıq ət və süd istiqamətində inkişaf edir.
  • Mal-qara sayı bu cürdür:
  • İri buynuzlu mal-qara – 24 milyon;
  • Qoyun – 12 milyon;
  • Donuz – 11 milyon.

 Fransa heyvandarlıq təsərrüfatına görə Avropada ilk yerlərdən birini tutur. Mal-qaranı otluq olan ərazilərdə saxlayırlar. Daha çox əkin üçün əlverişsiz olan şimal-qərb torpaqlarında və dağlarda maldarlıq ilə məşğul olurlar.

Donuzçuluq ilə kartof, qarğıdalı və şəkər çuğundurunun becərildiyi bölgələrdə məşğul olurlar. Çünki bu bitkilət yem bazası üçün çox böyük əhəmiyyətə sahibdir. Fransanın əsas heyvandarlıq bölgəsi ölkənin şimal-qərb hissəsi sayılır. Burada mal-qara və donuzların 30% -dən çoxu cəmlənib. Bu ərazilərdə atçılıq da inkişaf edib.

Əsas qoyun yetişdirilən bölgə isə Mərkəzi Fransa Massividir. Mərkəzi Fransa Massivi mal-qara və donuzların sayına görə ikinci bölgədir.

Son zamanlar isə xüsusilə  çiçəkçilik və istiridyə təsərrüfatına böyük diqqət ayrılmağa başlayıb.

Fransanın müxtəlif təsərrüfat sahələri ilə bağlı geniş məqalələri də Agroexpert.az saytından oxuya biləcəksiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика