Xəbərlər

Füzulidə taxıl səpinini aparıblar

Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Füzulidə fermer və torpaq mülkiyyətçiləri taxıl səpinini başa çatdırıblar.

Taxil səpinini

Füzuli Rayon İcra Hakimiyyətindən bölgə müxbirinə bildiriblər ki, 36 min 700 hektarda taxıl səpini həyata keçirilib. Bunun 28 min 25 hektarı buğda, 8675 hektarı arpa sahəsidir.

taxil səpini

Qeyd edək ki, Füzuli rayonunda strateji məhsul olan taxılçılığın intensiv inkişafına xüsusi diqqət yetirilir.

Füzuli yeddinci ildir ki, respublikanın 100 min tondan çox taxıl istehsal edən rayonları sırasındadır.
Bu il rayonda 36 min 300 hektar sahənin biçini aparılıb, 108 min 217 ton məhsul əldə edilib.

Taxıl istehsalında rayonda yaradılan dörd iri taxılçılıq və bir toxumçuluq təsərrüfatının, həmçinin aqroparkın böyük rolu var.

Mənbə

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!