Gələcəyin qidaları: İnək südü əvəzinə zürafə südü, tərəvəz əvəzinə…

agroexpert.az süni qidalar haqqinda

Artan əhalinin qida qaynaqlarını sürətlə istifadə etməsi, elm insanlarını yeni qida mənbəyi axtarışına istiqamətləndirir. Daha sağlam və orqanizmə daha çox zülal təmin edən bu fərqli mənbələr sayəsində qidalanma sistemləri də dəyişir. Agroexpert.az gələcəkdə bizləri gözləyən qidalar haqqında məlumatı təqdim edir.

Süni ətlər

Heyvanlardan əldə edilən ətin yerini yaxın gələcəkdə süni ətlər alacaq. Laboratoriya şəraitində istehsal olan bu ətlər hələlik baha olsa da, sonrakı dövrlərdə daha münasib qiymətlərə satılacaq. Süni ətlər xüsusilə veganlar üçün ecazkar bir variantdır, çünki bu ətin istehsalında heyvanlar ölmür.

Sintetik süd

agroexpert.az süni qida - süni ət

Bio mühəndislərin yeni kəşfi olan sintetik süd ilə heyvanların fermalarda pis şəraitdə saxlanmasının qarşısına keçilməsi planlaşdırılır. Üzvi süddəki bütün vitamin və zülalları sintetik süddən əldə etmək də mümkün olacaq.

 Zürafə südü

 Qulağa qəribə gəlsə də zürafə südü yeni nəsil içkilərin başında gəlir. İnək südünə görə daha çox keyfiyyətli və qidalandırıcı olan zürafə südü yaxın zamanda yeməklərimizə gəlməyə hazırlaşır. Sağlam yağ və B12 vitamini ilə zəngini olan bu süd, yeni yemək mənbəyimizdir. 

aqroexpert.az suni qida haqqında
 Soylent

Soylent, son illərdə ABŞ-da qida möhkəmlətməsi olaraq çox geniş istifadə edilir. Sağlam bir fərdin gündəlik ərzaq ehtiyaclarının hamısını qarşılayan soylent bir qida mühəndisi tərəfindən inkişaf etdirilib. Bu ərzaq möhkəmlətməsi həyatı asanlaşdırmaq üçün idealdır

Yosun

Yeni ərzaq maddələri arasında göstərilən yosun, artıq dənizlərdən qidalanma məqsədli olaraq toplanmağa başlanılıb. Tərəvəz niyyətinə istifadə edilməsi planlaşdırılan yosunlar ilə dəniz məhsullarına yeni üzv əlavə edilə bilər.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!