Gicitkənin nəyə faydası var?

Qədim zamanlardan faydalı müalicəvi bitki kimi tanınan gicitkan

  • A, E, C, K vitaminləri,
  • dəmir, maqnezium, mis,
  • kalsium mineralları, flavonoidlər,
  • orqanik turşular, fitonsidlər,
  • xlorofill, qlikozid və s.

faydalı maddələrlə zəngindir.  Gicitkən orqanizmi möhkəmləndirir, onu lazım olan vitaminlərlə təmin edir, vitamin çatışmazlığı zamanı faydalıdır. Orqanizmdə gedən mübadilə prosesləri və immun sistemini stimullaşdırır, xroniki xəstəliklər zamanı orqanizmin müdafiəsini gücləndirir. Bu səbəbdən onu qida rasionumuza daxil etməliyik. Yazda təzə gicitkəndən çox dadlı və faydalı sup, borş bişirmək, salatlara, gutablara əlavə etmək, digər göyərtilərlə birlikdə qovurmaq olar. 

Gicitkənin faydaları nələrdir?

A vitamini ilə zəngin olan təzə gicitkən dərinin vəziyyətinə müsbət təsir edir, görmə üçün faydalıdır.

agroexpert.az gicitkanın faydaları - faydalı ot

Gicitkən saçlara çox yaxşı təsir edir, saçlara parlaqlıq verir, kəpəyi aradan qaldırır.

Gicitkəndə olan xlorofill orqanizmə güclü stimullaşdırıcı və tonuslaşdırıcı təsir edir, yara və xoraların sağalmasını tezləşdirir.

Təzə gicitkən qanazlığı zamanı da çox faydalıdır. Qədim zamanlarda təzə gicitkəni ağır doğuş keçirmiş və çoxlu qan itirmiş qadınlara verirdilər. Bu onlara daha tez ayağa qalxmağa kömək edirdi. Həmçinin qanda şəkərin səviyyəsini aşağı salır və bu səbəbdən diabet xəstələri üçün faydalıdır.

Gicitkən qadın sağlamlığı üçün də faydalıdır. Güclü menstrual qanaxmaların, klimaks zamanı qanaxmaların qarşısını alır, uşaqlığın tonusunu qaldırır. Lakin hamiləlik zamanı gicitkən ziyanlıdır ki, doğuşu tezləşdirə və ya dölsalmaya səbəb ola bilər.

Qanı qatı olan, varikoz xəstəliyi və yüxarı təzyiqdən əziyyət çəkənlərə təzə gicitkən ziyanlı ola bilər.

Gicitkən həzm proseslərini yaxşılaşdırır, bağırsaqları təmizləyir. 

Təzə gicitkən C vitamini ilə olduqca zəngindir. Bu vitamin immun sistemini möhkəmləndirir, damarların sağlamlığını və elastikliyini qoruyur, orqanizmi cavanlaşdırır.

Babasil zamanı gicitkən dəmləməsi ilə oturaq vannaları çox yaxşı müalicəvi və profilaktik təsir edir.

Gicitkən kişilərdə prostat vəzinin toxumasını bərpa etmək, cinsi meyli artırmaq xüsusiyyətlərə malikdir.

Gicitkan çayı RESEPT…

Təzə gicitkəndən hazırlanmış çay da çox faydalıdır. Belə çay arıqlamağa kömək edir. Gicitkən çayı hazırlamaq üçün 2 x.q. doğranmış təzə gicitkəni 1 stəkan qaynar suda yarım saat ərzində dəmləyin. Sonra süzün və gün ərzində 2 dəfə (səhər və axşam) yeməkdən 20-30 dəqiqə əvvəl için.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!