Gilasda qeyri-infeksiyon və bakterial xəstəliklər

Hər bir ağac və bitki xəstəliklərlə üzləşə bilir. Önəmli olan o xəstəliklərin səbəblərini, amilərini bilmək və onlara qarşı mübarizə apara bilməkdir. Gilas ağacınında üzləşdiryi bir neçə xəstəlik var. İlk olaraq qeyri-infeksiyon xəstəliklərdən bəhs edək.

Gilasda kitrə (şirə) axını

Geniş yayılmış qeyri-infeksion xəstəlikdir. Xəstəlik sərt qış keçirmiş və müxtəlif göbələk xəstəliklərinə yoluxmuş ağaclarda özünü daha çox göstərir. Bu xəstəlikdən ən çox zərər görən yüksək rütubətli torpaqlarda əkilən və yüksək dozada gübrələnən ağaclardır. Ağacın gövdəsindən və budaqlarından sarımtıl-palıdı rəngli kitrə axır və bu şirə kütləsi sonradan şüşəvari şəkildə bərkiyir. Xroniki olaraq axan kitrə bitkini zəiflədir, budaqların və hətta bütün ağacın məhvinə gətirib çıxara bilir.

Kitrənin axmasına gövdənin və budaqların mexaniki zədələnməsi, ağacın həddən artıq meyvələrlə yüklənməsi, ağacın qışda donması və ya kəskin tempüratur dəyişmələrinə məruz qalması, günəş yanığı, zərərvericilərin və ziyanvericilərin ağacı zədələməsi, ağacın güclü budanması kimi amillər səbəb olur.

Xloroz

Yarpaqların açıq-sarı və ya sarı rəng almasına səbəb olur. Yoluxmuş yarpaqlar solur və quruyur. Əvvəlcə ağacın uc hissəsi quruyur, sonra daha iri budaqlar quruya bilir. Xloroza müxtəlif amillər səbəb ola bilər ki, bunlara da uzunmüddətli quraqlıq, torpağın kəskin tükənməsi və torpaqda qida elementlərin, xüsusilə də dəmir duzlarının çatışmazlığını aid etmək olar.

Əgər yarpaqlar bütün gövdə boyu saralırsa deməli torpaqda oksigen çatışmazlığı var, amma saralma gövdənin aşağısından başlayırsa o zaman bu azot çatışmamazlığına dəlalət edir. Gövdənin uc hissəsinin saralması dəmir, yarpağın damarlarının arasının saralması isə sink çatışmamazlığının göstəricisidir.

Gilas ağacında virus və bakteriya xəstəlikləri
Gilasın mozaika xəstəliyi

Bu xəstəlik zamanı yarpaqların üzərində solğun-yaşıl rəngli ləkələr əmələ gəlir. Yarpağa işıqda baxdıqda bu ləkələrin həlqəvi şəkildə olduğu aydın görünür. Ona görə də bu mozaikanı gilasın həlqə şəkilli mozakiası da adlandırırlar.

Yarpaqda əmələ gəlmiş ləkələrin ortasında toxuma ölür və yarpaqda deşiklər yaranır. Xəstəlik yarpağı yoluxdursa da bəzən özünü iki ilə qədər büruzə verməyə bilər. Yoluxmuş ağaclar kifayət qədər zəifləyir. Virus xəstəliyinə yoluxmuş ağaclar praktiki olaraq müalicə olunmur və belə ağaclar məhv edilməlidir.

Bakterioz

Bu xəstəliyi gilas xərçəngi kimi də adlandırırlar. Bakterioza 4 yaşından yuxarı olan gilas ağacları yoluxur. Sulu qara və ya palıdı rəngli ləkələrin əmələ gəlməsi bakteriozun bariz əlamətidir. Meyvə saplaqlarında da kiçik ölçülü palıdı rəngli yaralar əmələ gəlir. Bakteriozun inkişafını nəm və soyuq yaz havası stimullaşdırır.

Bu xəstəlik törədicisi ağcın ötrücü borularında və tumurcuqlarda qışlayır. Yazda yağışlar bakteriyanı ağacın bütün orqanlarına yayır. Quru və isti yay dövründə xəstəlik özünü göstərməyə bilər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!