agroexpert_az qidalar erzaq zererli
Sağlam qidalanma

Gizli zərərləri olan faydalı bildiyimiz qidalar

agroexpert_az qidalar erzaq zererli

Sağlam olduğunu düşündüyümüz qidalarda da bir çox kimyəvi maddələrin olması mümkündür.

Həm faydalı, həm də bəzi məqamlarda zərərli məşhur qidaların siyahısını təqdim edirik:

Partladılmış qarğıdalı

Böyük əksəriyyətimizin sevdiyi popkorn, dadlı çərəz kimi yeyilir. Partladılmış qarğıdalı sinir sisteminin düzgün çalışmasına təkan verir. Tərkibində protein, qızıl, fosfor, dəmir, silikon maddəsi və maqnezium var. Popkornun tərkibində olan B vitamini də depressiya əleyhinə və stresslə mübarizə aparmağa yardımçı olur. 

Civə tərkibli qidalar

Tərkibində civə olan balıqları yedikdə orqanizmdə dəyişikliklər meydana gəlir. Ən böyük narahatlıq məhz yaddaş problemidir. Civə tərkibli balıqlar sunir sisteminin fəaliyyətini pozur. Ona görə də balıq alarkən diqqətli olmaq lazımdır.Tərkibində civənin miqdarı çox olan məhsullardan yan keçmək zəruridir. 

  • Darçın: Darçının tərkibində çox əhəmiyyətli maddələr var. Bu da beynin aktivliyinə müsbət təsir edir. Darçın qoxusu diqqət, vizual yaddaş və sürətli reaksiya tələb edən məsələləri həll etməyə kömək edir.
zəfəran haqqında
  • Zəfəran: Zəfəranın tərkibindəbir çox minerallar var. B və C vitamini ilə zəngindir. Beynin funksiyalarını yaxşıladırır. Hətta bu istiqamətdə bəzi narahatlıqları aradan qaldırır.
  •  Lobya: Quru lobya turşu tərkibli qidadır. Çox lobya yesəniz, orqanizmindəki dəmir kimi maddələr parçalanmaqda çətinlik çəkəcək. Bu da beynin qan təminatına mane olacaq. Nəticədə isə anemiya kimi problemlərə yol açacaq.
  • Kartof: Sobada kartof beynə oksigen getməsini təmin edir. Kalium baxımından zəngindir Bundan başqa qlükoza beyinə gedən qan tədarükünü artırır. B vitamini və amin turşusu ehtiva edir.
  • Holland pendiri: Tərkibində triamin maddəsi qan təzyiqini yüksəldir. Eyni zamanda miqrenə təkan verir.

Acı şokolad 

Tünd şokolad beyin hüceyrələrinin fəaliyyətini yaxşılaşdırır. Tərkibində olan olifenol maddəsi qan dövranını, fenilalalin yaddaşı, teobromin və kofein iş qabiliyyətini yaxşılaşdırır. Bir parça qara şokolad insanı bir fincan qəhvədən daha yaxşı gümrahlaşdırır. Bu qida vasitəsi damarları böyüdür, beyin funksiyalarına siqnal göndərir və oksigeni artırır. 

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!