Göbələk yetişdirmək üçün kompost necə hazırlanır?

Son vaxtlar oxuyucularımız göbələk yetişdirmək üçün kompost necə əldə edə bilərlər barədə tez-tez soruşurlar. Biz də onları Zirə və Xaçmazdakı göbələk zavoduna yönləndiririk. Amma deyəsən bu zavodlar ya kompost satmır, ya da ümumiyyətlə əlaqə saxlamaq müşkül məsələdir. Ona görə qərar verdik ki, kompost hazırlamaq barədə bir məqalə hazırlayaq. 

Daha əvvəl bu məqaləmizdə qeyd etmişdik ki, göbələk yetişdirmək çox asan biznes ideyadır. Əgər iş görmək üçün geniş imkanlarınız yoxdursa, bu işi elə qaranlıq zirzəmidə də qura bilərsiniz. Kompost əldə edib, içərisinə toxumları səpib, bir neçə gün sulayırsınız. Göbələk satışı da çox geniş vüsət almasa da, yetişdirdiyiniz göbələklərdən ləzzətli tutma düzəldib sata bilərsiniz. Burda söhbət şampinyon göbələyindən gedir ki, ən təhlükəsiz sortdur. Daha bahalı göbələklər də yetişdirə bilərsiniz. 

Amma göbələk yetişdirmək üçün kompost hazırlamaq bir az müşkül prosesdir. Yenə də məcbur qalıb hazırlasanız, bəri başdan deyim ki, kompost istəyən çoxdur, satışını da təşkil edib əlavə qazanc əldə edə bilərsiniz.

Göbələk yetişdirmək üçün kompost

Lazım olanlar:

  • Saman
  • Qoyun gübrəsi (saman qədər)
  • Örtü kimi klyonka, tend
  • Əhəng
  • Mis sulfat (göy daş)

Bu videoda göbələk yetişdirmək üçün kompost hazırlama qaydası göstərilir. Videonun altındakı rəyləri də oxuyun, suallarınıza orda cavab tapa bilərsiniz.

Fermaların çoxunda saman və qoyun gübrəsi var. Bu çürüntünü ən yaxşı şəkildə dəyərləndirmək üçün kompost hazırlayıb sata bilərsiniz. 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика