Göbələk yetişdirmək çətin deyil

Göbələk bizim süfrə mədəniyyətimizə yeni-yeni ayaq açır. Bəzi kənd yerlərində yeyilsə də, məsələn göbələk supunu çoxumuz yeni tanımışıq. Avropada göbələk çox bahalı qidadır. Yeni il ərəfəsində Avropada tryufel bəzən 300 dollara kimi qalxır. Belə də kq-ı 50 dollardan ucuz deyil.

Bəlkə də göbələyi adi zirzəmimizdə belə çox asanlıqla yetişdirə biləcəyimizdən xəbərdar deyilik. Prosesi qısa izah etsək: Azərbaycanda artıq göbələk və kompost istehsal edən iki müəssisə açılıb. Kompost əldə edib gətirib evinizin zirzəmisində, qaranlıq bir yerdə vəya qarajda qulluq edərək göbələk yetişdirə bilərsiniz. Qulluq deyərkən əsasən vaxtlı-vaxtında sulamaq və məhsulu yığmaq, arada bir otağı havalandırmaq. Kompost göbələk yetişdirmək üçün mühitdir və onu özünüz də düzəldə bilərsiniz amma məşəqqətli prosesdir.

göbələk yetişdirmək

Məsləhət görülən şampion göbələyidir, çünki onun arasına zəhərli göbələk düşmə ehtimalı demək olar ki, yoxdur. Digər göbələklər daha bahadır, amma satış bazarı da kiçikdir. Bu işə biznes ideya kimi də baxmaq olar. Zamanla bizim cəmiyyətimiz də göbələk istehlakını artıracaq. Artıq bəzi ailələrdə göbələk şorbası sevimli yeməyə çevrilib.

Qeyd: Göbələk yetişdirmək üçün kompost hazırlandıqdan sonra qaranlıq zirzəmi kimi bir yerə yerləşdirilir. Toxumlar əkilir. 23-25 dərəcə optimal tempratur və 80-90% nəmişlikdə göbələklər 12-15 gündə yetişir.

Sonda aşağıdakı videolardan daha ətraflı məlumat edə bilərsiniz.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107