Bitkilər

Göbələyin faydaları

Qida dəyərinə görə göbələklər ətdən, meyvə və tərəvəzlərdən geri qalmırlar. Göbələklər zülal və karbohitratlarla, aminturşularla, B, S, E, PP, D, fosfor, kalium, sink, dəmir, kalsium, yod, fosfor, fol turşusu ilə zəngindir.

Göbələyin faydaları

Lakin göbələkdə yağlar az olduğu üçün onlar azkalorili qida sayılır və arıqlamaq məqsədilə pəhriz saxlayanlar göbələkdən istifadə edə bilərlər. Göbələyin faydaları çoxdur, onlardan bir qismini sadalayaq.

Göbələyin tərkibində olan lesitin orqanizmdə xolesterinin yığılmasına mane olur. Bu səbəbdən göbələklər ürək-damar xəstəlikləri və müxtəlif maddələr mübadiləsi pozğunluqları zamanı çox xeyirlidir.

Ateroskleroz, piylənmə, diabet, hipertoniya və s. xəstəliklərinin profilaktikası üçün göbələklərdən istifadə edilməsi yaxşı effekt verir.

Sink və B qrupu vitaminlərlə zəngin olduğu üçün göbələklər fiziki və əgli yorğunluq, stress, gərginlik zamanı insan orqanizminə çox yaxşı kömək edir.

Bundan əlavə göbələklər xüsusi maddələr — antioksidantlarla olduqca zəngindir. Bu maddələr onkoloji xəstəliklərdən əziyyət çəkən insanlara kömək edir.

ABŞ-nın Milli xərçəng mərkəzinin alimləri sübüt ediblər ki, göbələklərdə xərçəng əleyhinə olan xüsusi maddələr var. Misal üçün, alimlərin fikrinə görə, şampinyonlardan istifadə olunması qadınları süd vəzisi xərçəngindən qoruyur.

Göbələklərin rasiona daxil olması immunitetin yaxşılaşmasına, orqanizmin möhkəmləndirilməsinə kömək edir.
Bütün bu faydalı xüsusiyyətlərlə bərabər, göbələklər kifayət qədər çətin həzm olunur və bu səbəbdən 3 yaşına çatmamış uşaqlara göbələkdən hazırlanmış yeməkləri vermək olmaz.

Təzə göbələkləri alandan sonra dərhal bişirmək lazımdır. Əks-halda onlar öz müsbət xüsusiyyətlərini tez bir zamanda itirirlər.

Məhz ekoloji cəhətdən təmiz torpaqda yetişən göbələklər istifadə oluna bilər. Göbələk yetişdirmək çətin deyil, bu barədə məqaləmiz də var. Hazır kompostlara şampinyon toxumları səpilib qaranlıq və nəm (zirzəmi) bir yerə qoyulur və mütəmadi suvarılır. 10-15 gündən sonra məhsul yığılır. Lakin təəssüflə qeyd edim ki, ölkədə göbələk istehsal edən iki zavod mövcud olsa da, göbələk yetişdirmək üçün lazım olan kompost əldə eləmək mümkünsüzdür.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!