Google haqqında nə bilirik?

Bizə maraqlı olan hər sualı soruşduğumuz, cavab axtardığımız, yeni məlumatlarla tanış olduğumuz, istədiyimiz bir çox məlumatı rahatlıqla əldə etdiyimiz ” Google” haqqında nə bilirik?

“Google” haqqında maraqlı faktlar.

Google adı “Googol” sözündən götürülərək yaradılıb. “Googol “ çox böyük bir ədəddir. 1-dən sonra 100 sıfır qoyanda googol ədədi əmələ gəlir.

agroexpert_az google haqqında

Qarajda fəaliyyətə başlayan və getdikcə böyüyən şirkət 1999-cu ilin noyabrında kirayəyə mənzil götürür. O vaxt isə şirkətin 40 işçisi var idi.

Təəccüblü olsa da, “Google”un qurucuları Lerri Peyc və Sergey Brin şirkətin böyük bir hissəsinə sahib deyil. Onlar yalnız 16 faiz pay sahibidirlər. Ancaq bu 16 faizin ümumi dəyəri 46 milyard dollardır.  

Şirkət daxilində yeni işçiyə “Noogler”, təcrübəli işçiyə “Xoogler” deyilir.  

Google reklamlardan hər il 20 milyard gəlir əldə edir. Bu gəlir Amerikanın məşhur kanalları ABC, CBS, NBC, FOX kanallarının gəlirlərindən dəfələrlə çoxdur.

“Google”un email xidməti olan “Gmail” bu gün üçün 50-dən çox dili dəstəkləyir. Bunların içərisində Uels, Bask kimi az tanınan dillər də var.  

Google, internet aləmindən başqa bəzi yenilikçi ixtiralara da dəstək verir. Məsələn, bunlardan biri də, “Google sürücü” adı verilən, “sürücüsüz avtomobil” layihəsidir. Fantastik filmlərdə gördüyümüz bu texnologiyada artıq son nöqtəyə gəlinib. Bu il San Fransisco yollarında test sürüşləri edilməyə başlanacaq.

Google ‘ın “İctimai məsuliyyət ” adı altında xidmət göstərən layihəsi “One Today “, köməyə möhtac insanların ehtiyaclarını qarşılama məqsədi daşıyır. Xeyir məqsədi güdməyən Google könüllüləri tərəfindən həyata keçirilən layihə , Google Play Store tərəfindən Android cihazlarına yükləmək üçün istifadəçilərə təqdim edilib. Tətbiqi yükləyən istifadəçilər, edilən köməklərin məzmunu, şəkilləri və.s bir çox mövzuda məlumat ala bilirlər.

Google bu günə qədər böyüklü-kiçikli 170 şirkəti alıb.

Google, Youtubeni 2006-cı ildə 1 milyard 650 milyon dollara aldı. Youtube o vaxtlar hələ 2 yaşında bir sayt idi.

Google-də saniyədə 2 milyon axtarış edilir. Sizə göstərilən nəticələr 200 meyar göz önünə alaraq yaradılır.

  “Google” hesablama da apara bilir. Bunun üçün toplamaq, çıxmaq, vurmaq, bölmək istədiyiniz ədədləri yazıb axtarış düyməsinə basın.

Google Earth açıq ikən Ctrl + Alt + A düymələrinə basdıqda uçuş simulyatoru oyunu oynamaq mümkündür.

” Where is Chuck Norris?” (Çak Norris haradadır?) yazdıqda və ilk linkə girdikdə qarşıya “Google Çak Norrisi axtarmayacaq, çünki siz onu tapa bilməyəksiz, o sizi tapar” ifadəsi çıxar.

Google Tərcümədə “pv kkk pkkk pvpvpv ppkk pddd bschk bschk pv zk pv bschk pv pv pv bschk bschk bschk kkkkkkkkkk bschk bsch” yazıb tərcümə olunaca dili çex dili seçdikdən səsli tərcümə düyməsinə basdıqda mahnıya qulaq asmaq mümkündür.

Google-yə “Askew” və ya “tilt” yazdıqda səhifə bir az yana əyiləcəkdir.

Recursion: “Özünü sonsuz olaraq təkrar etmə” mənasında olan bu sözü axtardığınız zaman, Google sizə eyni axtarışı etmənizi təklif edir. 

Google ilə ayrı-ayrı şəhərlərin saatlarını da öyrənmək mümkündür. Bunun üçün sadəcə “what time is it in (şəhərin adı)” ifadəsini axtarışa vermək kifayətdir.

“Mentalplex” sözünü axtardıqda və ilk linkə girdikdə Googlenin 2000-ci ildəki görünüşü ilə qarşılaşmaq mümkündür.

Google Sky Map. Adından da məlum olduğu kimi istifadəçilərin; ulduzları, planetləri, günəş sistemini izləməsinə imkan verən tətbiq, Google Earth programına uyğun işləyir. Demək olar ki, istifadəçilərin kosmosda gəzə bilməsinə imkan verən tətbiq, Android əməliyyat sisteminə uyğun xidmət göstərir.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!