Google sizi izləyir

Avropa texnologiya və istehsalatda çox inkişaf etsə də belə görünür ki, daha çox pul qazanmaq ehtirasından və digər ölkələrə kölə vəya müstəmləkə münasibəti göstərmək adətindən vaz keçə bilmir. Bir az araşdıranda məlum olur ki, TV-dən telefona, hətta ütüyə kimi bütün texnoloji cihazlar vasitəsi ilə bizi izləyə və dinləyə bilirlər. Bunu həyasızca reklam targeting üçün elədiklərini iddia etsələr də bu məlumatların CİA, Mossad və digər məxfi orqanlara ötürüldükləri də sirr deyil.

Google-ın da bizi izlədiyini yəqin artıq anlamısız. Məsələn google-da hansısa xəstəliklə bağlı axtarış edin, bir-neçə dəqiqə sonra dərman reklamları görməyə başlayacaqsınız. Artıq axtarmağa da ehtiyac yoxdur, telefonla danışarkən, hətta telefon yanınızda stolun üzərində olarkən belə sizi dinləyə bilirlər.

Şirkət bunu gizləmir də. Bunu istifadəçilər üçün razılaşma mətninə də salıb, kimdir o qədər səhifəni oxuyan. Google bu məlumatları öz süni intellekt robotuna verir, o isə öz növbəsində sizə təkliflər, reklamlar təqdim edir.

Amma bu düzgün deyil. Əvvəla insan azadlıqlarına təhdiddir. İkinci də, birdən bu məlumatlar hansısa pis niyyətli insanın əlinə keçdi?! Ona görə indi sizə bu məlumatları necə silmək mümkün olduğunu izah edəcəyik. agroexpert_google

Bu ünvanda telefonunuzun mikrofonunun yazdığı bütün məlumatlar yerləşir. Əgər burda heçnə tapmasanız, demək səsli köməkdən istifadə etməmisiniz. (Ok, Google)

Burdan isə bütün internet aktivliyiniz toplanmışdır. Axtarışlarınız, haralarda olduğunuz, yüklədiyiniz səhifələr və sair.

Hər iki halda da yuxarı sağ küncdən menyunu açıb bütün məlumatları silə bilərsiniz ki, məncə də mütləq silin ara-sıra.

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика