Görüntüsü ilə göz oxşayan meyvəli pizza (RESEPT)

Pizza şirin olar mı deməyin! Bu dəfəki pizzanın alt hissəsi (bazası) peçenye xəmiri, üstü isə bol meyvə. Meyvəli pizzanın dadı, duzu, görünüşü o qədər xoş və ləzzətlidirki hazırladığınız gün yeyilib qurtaracaq.  Aqroexpert.az görüntüsü ilə göz oxşayan və dadlı meyvəli pizzanın reseptini təqdim edir.

meyveli pizza
Tərkibi:
  • 220 qr un
  • 1/2 çay qaşığı qabartma tozu
  • 1/4 çay qaşığı duz
  • 150 qr şəkər tozu
  • 115 qr otaq temperaturunda yumşaldılmış kərə yağı
  • 1 ədəd yumurta
  • 1 çay qaşığı vanil
Kremi üçün:
  • 225 qr krem- pendir
  • 50 qr şəkər kirşanı
  • 1 çay qaşığı vanil
Üzəri üçün:
  • qədəri zövqə görə mövsüm meyvələri
  • 1/4 stəkan ərik və ya heyva mürəbbəsi məti
  • 1 xörək qaşığı su
Meyvəli pizzanın hazırlanma qaydası:

İlk öncə bazasını (alt tabanını) hazırlamaq üçün bir qabda un, qabartma tozu  və duzu qarışdırın. Başqa bir qabda şəkər tozu və kərə yağını mikserlə krem konsistensiyasına gələnədək çırpın. Yumurta və 1 çay qaşığı vanili da əlavə edib qarışdırmağa davam edin. Quru qarışığı yavaş-yavaş əlavə edib yumşaq bir xəmir olanadək  əlinizlə yoğurun. Yağlı kağız sərilmiş soba sinisini yaxşıca yağlayın və hazırladığınız xəmiri siniyə qoyub əlinizlə yayın. Yaydığınız xəmiri əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin və soyumağa buraxın.

Kremini hazırlamaq üçün krem pendir, şəkər kirşanı və 1 çay qaşığı vanili mikserlə yaxşıca qarışdırın. Soyuyan pizzanın tabanının üzərinə hazırladığınız kremi yaxın.

Kremin üzərinə istədiyiniz meyvələri düzün və meyvələrin üzərinə sulandırılmış heyva və ya ərik mürəbbəsinin mətini fırçayla yaxın. Meyvəli pizzanı 30 dəqiqə soyuducuda saxladıqdan sonra süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Digər reseptlər…

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!