Görünüşləri çiçəklərdən daha gözəl olan dünyanın 10 ağacı

Hamımız unikal çiçəklərə baxmağa öyrəşmişik. Çiçəklərin gözəllikləri insana xüsusi həzz verir, göz qamaşdırır. Bəs ağaclar? Çiçəklər qədər gözəl ola bilərmi?

Ağaclar nəfəs almaq üçün oksigenimizi təmin etməklə yanaşı, həm də kölgələrində dincəldiyimiz bir sığınacaqdırlar. İnsanlıq üçün aldığı nəfəs qədər vacib olan ağacların çox təəssüf ki, dəyərini çox az bilirik.

Bu yazıda insanları valeh edə biləcək ağaclar haqda məlumat verəcəyik. Dünyada ən gözəl görünüşü olan 10 maraqlı ağacı sizlərə təqdim edirik.

Flamboyant Ağacı agroexpert.az
1 – Flamboyant Ağacı – Alovlu ağac

Vətəni Braziliya olan bu ağacın adı dilimizə “Od ağacı” olaraq tərcümə edilir. Bu ağac dünyanın ən rəngli ağaclarından biridir. Parlaq qırmızı, qırmızı, narıncı və sarı tonlu çiçəklərə malikdir. Yaşaya biləcəyi bölgələr tropik və ya yarı tropik iqlimdir. Həmçinin quru mühitlərdə də yetişə bilir.

2 – Wisteria ağacı- Bənövşəyi salxım

Tam adı Wisteria Sinensis olan bu ağac, bənövşəyi salxım adı ilə tanınır. Çox möhtəşəm bir görünüşü olan bənövşəyi salxım ağacları, 80 ilə qədər yaşaya biləcək bitkilərdir. Sizcə bu sürətli böyüyən ağac veranda ağacı deyil? Bağçada əkilə biləcək ən gözəl ağaclardan olan Bənövşəyi salxım, kölgəsində zövq alaraq romantik yemək yeyilə və çay içilə bilinəcək unikal bir ağacdır. Siz də ölkənizdə, şəhərinizdə asanlıqla böyüyə bilən Bənövşəyi salxım ağacları yetişdirə bilərsiniz.

3 – Yapon ağcaqaynı

Bu ağacın görünüşünə valeh olmaq üçün bir insanın sənətkar olmasına ehtiyac yoxdur. Bu ağacın ən gözəl xüsusiyyəti əlbəttə ki, göy qurşağı rənglərinə bürünməsidir. Boyu 15 metrə qədər çata biləcək bu ağaclar bəzək ağacları kimi də böyüdülə bilər. Bir Yapon ağcaqayını yetişdirmək istəyirsinizsə, böyüdəcəyiniz sahənin torpağı mütləq duzlu və zəngin olmalıdır. Humus, az nəm, az pH və yaxşı drenaj olan torpaqlar bu bitki üçün uyğundur.

4 – Gilas çiçəyi ağacı – Sakura

Çəhrayı çiçəkli ağacların sevilməməyi mümkündür? Budur, bu ağacların ən gözəli. “Gilas çiçəyi ağacı” deyəndə ağlınıza gələn ilk şey gilas yetişmədən əvvəl çiçəkləndiyi an ola bilər. Ancaq bu doğru deyil. Yaponların “Sakura” adlandırdığı bu ağac bir növ meyvəsiz gilas ağacıdır. Sakura ağacının çiçəkləri gözəl olmasına baxmayaraq çox uzun müddət budaqda qalmır. Çiçəklər yerə düşərkən çox gözəl görüntü yaradır və sanki yerləşdiyi əraziyə çəhrayı qar yağır.

5 – Mələk palıd ağacları

Fantastik filmlərdən görünən bu ağacın adı, dilimizdə “Mələk palıd” mənasına gəlir. Cənubi Karolinadakı bu ağacın yaşının 900 yaş olduğu təxmin edilir. Anlayacağınız çox köhnə və müdrik bir ağacdır. (Əfsanələrdə və fantastik filmlərdə olduğu kimi)

6 – Meşəgülü ağacı

Nəhəng bir gül ağacı necə görünər sizcə? Bunun üçün bağçanızda rəngarəng gülləri qısqandıracaq meşəgülü ağacı yetişdirməlisiniz. Çiçəkli ağaclar arasında ən populyar ağac olan meşəgülü ağacı bir çox yerlərdə yaşaya bilər. Quru olmayan bir çox ərazidə yaşaya bilən meşəgülü geniş bir əraziyə yayılır. Türkiyədə meşəgülü, dünyanın ən keyfiyyətli balları sayılan Anzer Balının istehsalında böyük əhəmiyyət daşıyır. Bu bölgədəki arıların meşəgülü çiçəklərindən aldığı maddələr sayəsində istehsal olunan balın keyfiyyəti artır.

Əjdaha qanı ağacları agroexpert.az
7 – Əjdaha qanı ağacları

Siyahıdakı ən maraqlı ağaclardan biri də nəhəng bir çətir kimi görünən Əjdaha qan ağacıdır. “Əjdahanın qanı” kimi tərcümə edilən bu ağac kəsildikdə gövdəsindən qan kimi bir qırmızı maye axır. Bu qırmızı maddənin nədən yaranması dəqiq bilinməsə də, yara müalicəsində son dərəcə faydalı olduğu məlumdur. Təxminən min il yaşayan bu ağaclar Somalidə yetişir.

8 – Oreqon ağcaqayınları

Bir növ ağcaqayın olan bu bitkilər Oregonda yetişir. Qırmızı yarpaqları həm budaqlarda, həm də yerdə unikal bir gözəllik yaradır. Oregonda bir keçid və bir tunel olaraq xidmət edən bu ağaclar, xüsusilə yarpaqlı mövsümlərdə görməyə dəyər.

9 – Göy qurşağı Evkalipt ağacı

Ecazkar bir ağac olan Göy qurşağı  Evkalipt ağacı Filippində yetişir. Uzunluğu 20 metrə qədər böyüyə bilən və gövdəsinin qalınlığı 2 metr olan bu ağac qabığı tökülən zaman rəngarəng bir görünüş yaranır.

10 – Cənubi Karolinadakı palıd ağacları

Palıd ağaclarının vətəni Anadolu torpaqlarıdır. Bonito adlanan meyvələri olan təxminən 400 növ palıd ağacı var. Cənubi Karolinadakı palıd ağacları çox füsunkar görünüşə sahibdir. Yaşıl budaqları ilə körpü görünüşünə bənzəyən bu ağaclar təbiət və romantika ehtiva etdirir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673