Göyərçin saxlayanlar üçün tövsiyyələr

Bəzi insanların sevimli məşğuliyyətləri arasında ev göyərçinlərini saxlamaq da var. Onlar bunu gəlir əldə etməkdən çox rahatlıq tapmaq üçün edirlər. Əgər sizin də göyərçin saxlamaq kimi bir məqsədiniz varsa, sizə bəzi tövsiyyələrimiz olacaq.

İlk olaraq bunun üçün nə qədər pul xərcləmək istədiyinizə qərar verin. Ala biləcəyiniz ən keyfiyyətli göyərçinləri almalısınız. Ucuz, amma daha aşağı keyfiyyətli göyərçinlər almaq əvəzinə daha az, lakin yüksək keyfiyyətli göyərçinlər almaq məntiqli bir addım olar. Aşağıdakı maddələr əsasında alacağınız göyərçin növlərinin xüsusiyyətləri haqqında məlumat əldə edə bilərsiniz.

  • Quşları yarış məqsədləri üçün alırsınızsa, qərarınızı performansdan başqa əlavə göstəricilərlə də əsaslandırın. Buraya aldığınız xüsusi göyərçinlərin növlərinə, cinsinə aid xüsusiyyətlər də daxildir.
  • Göyərçinləri göstəriş üçün alırsınızsa və ya sadəcə göyərçinlərin həqiqətən böyük olmasını istəyirsinizsə, alış qərarınızı həmin quş növünün fiziki göstəricilərinə əsaslanaraq verin.

Əgər ölkə xaricindən və ya başqa şəhərdən sifariş verirsinizsə quşların çatdırılma xərclərini də nəzərə almalısınız. Çünki canlı heyvan alırsınızsa və ya göndərirsinizsə haradan haraya sifariş etdiyinizdən asılı olaraq çatdırılma qiyməti ucuz, ya da baha ola bilər. Keçək başqa vacib bir suala.

Bəs göyərçinlərə necə qulluq etmək lazımdır?

Əvvəlcə onlar üçün bir yuva (ev) tikin. Onlara yaşamaq üçün yuva lazımdır. Buna görə də əvvəlcədən quşlarınız üçün gözəl bir yuva alın, ya da özünüz qurun. Göyərçinlərin hər cütü üçün damın içərisində təxminən 8-10 kub boşluq olmalıdır; buna görə də dam üçün istifadə edəcəyimiz yerin ölçüsünə görə, nə qədər quş saxlaya biləcəyinizi  müəyyən edə bilərsiniz.

  • Bir çox göyərçin yetişdiriciləri cavan ikən göyərçinlərinə yaxşı qulluq edirlər, buna görə də onları aldığınız zaman çox şey etməyinizə ehtiyac olmur.
  • Yetiştiricinin nüfuzundan əmin deyilsinizsə, yerli göyərçin klubundan və ya bunu etmiş digər müştərilərdən məsləhət alın.
Göyərçin hini haqqında bilməli olduğumuz ən vacib şeylərdən bəziləri isə bunlardır:
  • Göyərçinləriniz yuvada təhlükəsizlikdə olmalıdı. Yuva onları yırtıcılardan (o cümlədən qonşu pişiklərindən) qoruya bilməlidi,
  • mükəmməl bir havalandırma sistemi olsun, əlavə yem və avadanlıq sahəsi yaradılsın.
  • Göyərçinlərinizi böyütsəniz, yalnız onlar üçün yer deyil, həm də onların balaları üçün yer ayırmalısınız.
  • evin damı düz olmamalı, yəni küncləri sivri olmalıdır. Çünki göyərçinlər sivri künclərə qonurlar.

Göyərçinləri yeni evləri ilə tanış etməyiniz də mütləqdir.

Əgər ilk göyərçinlərinizdirsə, heç bir problem olmadan onları birbaşa hinlərinə qoya bilərsiniz. Ancaq hinə yeni göyərçinlər əlavə edirsinizsə, köhnə göyərçinlərdən bir neçə həftə ehtiyat etməlisiniz.

Göyərçinlərinizə yaxşı qulluq etməyə çalışın.

Onlar hər gün təmiz suya ehtiyac duyurlar. Onlara yemək verdikdən sonra 15-20 dəqiqə ərzində yemək bitməlidir 15-20 dəqiqə sonra yemədikləri hər şeyi çıxarın. Udmaq üçün quma da ehtiyac duyacaqlar ki, bu da vitaminlər və minerallar almağa və həzm prosesinə kömək edir. Göyərçinlərinizi  15-20 dəqiqəlik texnikadan istifadə etməklə gündə iki dəfə yemləməlisiniz.

agroexpert.az göyərçin saxlamaq
  • • Hini, xüsusən də döşəməni mütəmadi olaraq təmizləməyi unutmayın.
  • • Göyərçinlər dünyası ilə yeni tanışsınızsa, evinizin yaxınlığındakı göyərçin mağazalarından yararlana bilərsiniz. Bu sizin üçün xoş bir təcrübə ola bilər.
  • • Göyərçinlərinizin xəstələndiyini və ya narahatlıq keçirdiyini görsəniz, dərhal tədbir görün. Nə edəcəyinizi bilmirsinizsə, hər hansı bir baytarla məsləhətləşə bilərsiniz.
  • • Aldığınız məhsullara diqqət yetirin. Güvənmədiyiniz insanlarla alış-veriş etməyin. Daha çox nüfuza sahib mağazalara üstünlük verin. Əks halda, bilmədən göyərçinlərinizə zərər verə bilərsiniz.
  • • Göyərçinləriniz üçün vaxt ayırmalısınız. Onları tez-tez havaya çıxarmalısınız ki, hava alsınlar.
  • • Müəyyən vaxtlarda evdə bağlı qalmış göyərçinləri sərbəst buraxmaq vacibdir.

Bunlar göyərçin saxlamaq qərarına gəlmiş şəxslərin bilməli olduğu ən vacib məsələlər idi. Göyərçin təsərrüfatı ilə məşğul olanlar üçün yeni məqalələrimiz də olacaq.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669