Göyərtiləri xarab olmadan saxlamağın asan üsulu

Vitamin deposu olan, yeməklərə, salatlara ləzzət, bəzək verən göyərtiləri xarab olmadan saxlamaq bir çox xanımın problemidir.

Belə ki, mətbəxlərdə ən çox istifadə olunan göyərtilərə cəfəri, şüyüd, nanə daxildir ki, onlar həm də ən çox israf olunanlardır. Bəs göyərtiləri xarab olmadan saxlamaq mümkündürmü ?

Bəli, göyərtiləri xarab olmadan uzun müddət saxlamaq mümkündür.  Bununla bağlı faydalı məsləhətləri diqqətinizə çatdırmaq istəyirik.  Əvvəlcə bildirək ki, alış-veriş edərkən kiçik dəstələri seçməlisiniz.

Göyərtiləri mütləq soyuducuda saxlayın. Açıqda qalan qidalar təzəliyini itirir və soyuducuda qoxu yaranmasına səbəb olur.

Yaş, nəm göyərtini sellofan torbada soyuducuya qoysanız, bir neçə gün ərzində yeyilməz hala gələr. Bunun əvəzinə, göyərtiləri əvvəlcə yaxşı qurudun(suyu çəkilsin). Sonra da kağıza bükərək, sellofan torbanın içində soyuducuya qoymalısınız. Göyərtilərin suyunun çəkilməsi üçün yumşaq, nazik dəsmaldan da istifadə edə bilərsiniz.

Bir başqa üsul da var. Göyərtilərin uzun müddət təzə qalmasını istəyirsinizsə, əvvəlcə onları yuyun və yaxşıca qurudun. Bir stəkanın yarısına qədər su doldurun və içinə göyərtiləri qoyun. Sonra iri balon götürün. İlk olaraq stəkanı balon qapağının içinə qoyun. Daha sonra balonu tərs çevirib onun üstünə qoyun. Bankanı astaca fırladaraq qapağını bərk bağlayın. Sərin bir yerə qoymaq lazımdır. Bu şəkildə göyərtiləri təxminən 2-3 həftəyə qədər təzə saxlaya bilərsiniz.

Tərəvəzlər haqqında nə bilirik ???

Mənbə

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669