Gözlənilməz hava şəraitindən qorunmaq üçün nə etmək lazımdır? – fermerə məsləhətlər

Hər şeyə rəğmən, şıltaq təbiəti qabaqlamaq, onun törədə biləcəyi fəsadlardan qaçmaq və yaxşı məhsul götürə bilmək üçün də bəzi yollar var.

Gözlənilməz hava şəraitindən qorunmaq üçün nə etmək lazımdır? mövzu ilə bağlı rusiyalı mütəxəssis Sergey Qalkinin məqaləsini sizə təqdim edirik:
gözlənilməz hava şəraitində nə etməli garoexpert.az

Əlbəttə ki, bilikləri yalnız ixtisaslaşmış və dövri ədəbiyyatdan (elmi biliklərdən) əldə etmirik. Həmçinin adi fermerlərin, bağbanların, o cümlədən bu işin həvəskarlarının tövsiyələrini də dinləməyə çalışırıq.

Problem ondadır ki, fermerlərin əksəriyyəti bir qayda olaraq, hər dəfə və hər yerdə bildikləri tək metodu tövsiyə edirlər. Eyni zamanda bu üsulu özləri icad etdiklərinə inanırlar.

Kiməsə görə əkin sahəsini başdan ayağa qazmaq xoşdur, digərləri məhsulu mümkün qədər erkən və ya gec əkməyi sevir, digərləri isə yalnız tanış çeşiddən başqa bir şey istifadə etmək istəmirlər. Yekunda isə nəticələr bu üsulları “kəşf edənlərin”, tətbiq edənlərin belə bağlarında  elə də ürəkaçan olmur.

Mən özüm isə bir uşaq kimi atam Terentyi Maltsevin mənə verdiyi məsləhətlərə riayət edirəm. O deyirdi ki, kənd təsərrüfatı idman sənətinə, döyüş sənətinə bənzəyir. Lazımi yerdə lazımi bir variantı tətbiq etmək üçün minlərlə tövsiyəni bilməlisiniz.

Beləliklə, qeyri-standart havası ilə 2020-ci il gəldi. Qış fəslindən başlayan yaz, mövsümlərin özlərinə xas olmayan havalar kənd təsərrüfatı ilə məşğul olanları çaş-baş saldı.

Meteoroloji xidmətlər mart və hətta aprel ayında otuz dərəcə şaxta ilə qışın qisasını alacağını desə də, fermerlər tez məhsul götürməyə qərar verdilər. Torf-qum qarışığı olan konteynerlərdən istifadə edərək martın əvvəlində fərqli bitkilər əkməyə başladılar.

Bitkilər cücərənə kimi konteynerləri  +20 – 25 dərəcəli bir otaqda saxlanıldı. İlk tumurcuqların görünməsindən sonra, konteynerlər istixanalara köçürüldü, çünki temperatur və mart ayının günəş işığı buna imkan verirdi.

Və bu qeyri-standart mövsümün nəticəsi də, məhsulu da qeyri-standart oldu. Aprel ayının sonunda onlar imunitetlərini mümkün olduğu qədər təzə göyərti vitaminləri ilə möhkəmləndirməyə başladılar.

Yaşıl soğan, turp, şüyüd, cəfəri, hər növ kahı, həmçinin də yeni dəbə minmiş Çin Pak-Çoy bitkisi.

İsti günlərdə konteynerlər günəşə çıxarıldı ki, bitkilər daha aktiv qida, ləzzət və qoxu qazansınlar. Soyuqlar başlayan kimi bitkini istixananın içərisinə gətirdilər, şaxtalar zamanı onu əlavə bir agqrospan ilə örtdülər. Əlbəttə, əsas üstünlüyümüz isə standart olmayan erkən kartof məhsuludur!

Ötən illərdə qeyri-standart erkən kartof  məhsulumuzu may ayının ikinci yarısında toplamağa başlamışdıqsa, bu il qeyri-standart hava şəraiti ilə əlaqədar olaraq, erkən kartof məhsulunu aprelin sonunda əldə etdik.

Ən sevimli, ən ləzzətli və sağlam erkən kartofumuzu torf-qum qarışığında böyüdürük. Bu qarışığın 70 %-i torf, qalanı 30% isə qumdan ibarət olurdun. Torfun bir qismini isə yonqar ilə əvəz eləmək olar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!