Guanabana ekzotik meyvəsinin üstünlükləri
Guanabana – bu ekzotik tropik meyvənin bir neçə adı var. Ona başqa bir şəkildə graviola, qaymaqlı alma və qığılcımlı annona da deyilir. Ola bilsin ki, ölkəmizdə o qədər məşhur deyil, amma Bermuda və Bahamalarda daha yaxşı tanınan meyvədir. Karib və Latın Amerikası ölkələrinin sakinləri də onun dadının necə olduğunu bilirlər. Digər qitələrin nümayəndələri dadına baxıb dəyərləndirəndən sonra onu Hindistan, Şri Lanka, Çin, Avstraliya və Cənub-Şərqi Asiyada əkməyə başlayıblar.
Guanabana qeyri-adi bir bitkidir. Təsəvvür edin ki, ağacın yüksəkliyi 2 mərtəbəli ev qədərdir, yetişmiş meyvələrin uzunluğu 35 sm-ə qədər və çəkidən 7 kq-a qədərdir. Bu ağacın budaqları gövdəsini də əhatə edirlər. Eyni zamanda ildə bir neçə dəfə çiçəkləyir. Onun ətri hər yerə yayılır, “ilang-ilang” və vanil iyinə oxşayır.
Guanabana meyvəsinin çöldən və içəridən necə olduğunu bilirsinizmi?
Dünyada məşhur olan belə bir deyim var: ‘Görünüş həmişə aldadıcıdır’. Beləliklə, əgər siz bu yaşıl tikanlı qaymaqlı alma ağacının meyvəsini görsəydiniz yaqin ki, onun yeməli olmadığını düşünəcəkdiniz. Lakin, buna baxmayaraq guanabana meyvəsinin qeyri-adi bir dadı və görünüşü var. Ölçüyə görə orta yemiş kimidir. Amma fərqli olaraq, qaymaqlı alma böyük yumuşaq tikanlarla örtülüdür.
Yetişməmiş graviola meyvələri parlaq yaşıl rəng və qatı örtüyə malikdir. Lakin yetişmə ərəfəsində onlar saralır və o qədər yumşaq olular ki, yerə düşəndə zədələnilər. Ona görə də guanabananı hələ yetişməmiş yığıb satırlar. Bəzi turistlər meyvəni alan kimi dadına baxandan sonra peşman olular. Çünki yetişməyən graviola meyvəsinin dadı nəmli balqabaq dadını xatırladır. Amma əgər onu otaq temperaturunda saxlasaq tam yetişənə kimi saralacaq və qeyri-adi dadı olacaq.
Hardan bilək ki, meyvə yetişib?! Bunu öyrənmək üçün barmaqla onun üstünə basmaq lazımdır. Əgər üstü yumuşaqdırsa, onda annonu yemək olar. Ümumiyyətlə, guanabana meyvəsi 2-3 gün soyuducuda və ya otaq temperaturunda saxlanılmalıdır. Onun saralmış qabığı qara rəngə dönə bilər, daha çox yetişmiş banan kimi. Bu halda da annona öz dadını və faydalı xassələrini itirmir. Içərdən yetişmiş guanabana qaymaqlı kremi xatırladır.
Meyvənin daxili bir neçə hissəyə bölünür, xurma toxumlarına oxşayan toxumları olur. O zəhərli sayılır və adətən yeyilərkən çıxarılır. Amma onlardan alınan təbii yağ anti-pediküloz dərmanı (pediküloz-bit) kimi istifadə olunur. Bitki kökləri sakitləşdirici və antispazmodik bir maddə kimi istifadə olunur (tonusu azaldır, spazmları aradan qaldırmaq üçün istifadə olunur). Graviola yarpaqlarından hazırlanan çay yuxugətirmə təsirinə malikdir.
Guanabananu, gurmanların araşdırmalarına görə, kəsilər və greyfurt kimi qaşıqla yeyilər. Onu qarpız kimi hissələrə bölərək də yemək olar. Yetişmiş qaymaqlı almanı yeyən insanlar onu dadını uzun müddət xatırlayırlar.
Mənbə: neboleem.net