Gül kələmi – həm tərəvəz, həm dərman

gül kələmi haqqında məlumat. cauliflower nedir?Yəqin ki, gül kələmi haqqında çox eşitmisiniz. Gül kələmi ən faydalı, az kalorili və asan mənimsənilən tərəvəzlərdən biridir. 

Gül kələmi haqqında ən maraqlı fakt odur ki, C vitaminin miqdarına görə hətta limonu da üstələyir. Yəni, C vitamini ilə olduqca zəngindir. C vitamini isə immun sisteminə müsbət təsir edir, damarların divarlarını möhkəmləndirir.

Gül kələminin tərkibində nadir <<U>> vitamini var. Bu vitamin mədə və 12 barmaq bağırsağı selikli qişasının  bərpasına, xora və eroziyaların daha tez sağalmasına kömək edir. Məhz bu səbəbdən, xora xəstəliyindən əziyyət çəkən insanlara bu tərəvəzi yeməyi tövsiyə edirlər.

Bəlkə də, bunları bildikdən sonra gül kələmindən daha çox istifadə edəcəksiniz.

Gül kələminin faydaları.

Gül kələmi həzm proseslərinə olduqca müsbət təsir edir. Qidalı liflərlə zəngin olan bu tərəvəz qəbizliklə mübarizə etməyə kömək edir, bağırsaqları yaxşı təmizləyir.

Fol turşusu və dəmirlə zəngin olan gül kələmi qanyaratma sistemi üçün çox faydalıdır.

Gül kələmi arıqlamağa kömək edir. Bu səbəbdən tərəvəz əksər pəhrizlərə daxil edilir. Gül kələmi mübadilə proseslərini sürətləndirir, piylərin parçalanmasını sürətləndirir, iştahanı azaldır.

O qanda “pis” xolesterolun səviyyəsini aşağı salır, ürəyi və damarları onun mənfi təsirindən qoruyur.

Kaliumla zəngin olan gül kələmi arterial təzyiqi normallaşdırır, ödemləri azaldır, ürəyin fəaliyyətini yaxşılaşdırır.

Tərkibində çoxlu miqdarda B qrupu vitaminlərinin olmasına görə sinir sisteminə çox müsbət təsir edir.

Alimlər sübut edir ki, gül kələmi xərçəng əleyhinə təsirinə malikdir. Xərçəng hüceyrələrin inkişafını ləngidir, sağlam hüceyrələri qoruyur.

Kalsium və fosforla zəngin olan gül kələmi sümüklər və oynaqlar üçün də çox faydalıdır.

Gül kələmi beta-karotinlə zəngindir. Bu maddə orqanizmdə A vitamininə çevrilir. A vitamini güclü antioksidantdır, orqanizmi cavanlaşdırır, dərinin vəziyyətini və görməni yaxşılaşdırır.

 

Günlük qida rasionumuzda olan sadə kələm haqqına nə bilirik ???

 

Mənbə: Sağlamolun.az

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669