Gündə 6 diş qızardılmış sarımsaq yesəniz….

Əsrlərdir dünya süfrələrinin əvəzolunmaz qidası və ən geniş istifadə edilən dərman bitkisi sarımsağın faydaları saymaqla bitmir. Aparılan araşdırmalarda gündə 6 diş közlənmiş və ya qızardılmış sarımsaq yedikdə 24 saat ərzində orqanizmdə çox mühüm dəyişiklər olduğu müəyyən edilib. Agroexpert.az gündə 6 diş qızardılmış sarımsaq yeməyin möcüzəvi faydalarını təqdim edir.

qızardılmıs sarımsaq

Sağlamlığımız üçün saysız-hesabsız faydası olan sarımsaq, tibbi sahədə də istifadə edilən bir çox araşdırmaya mövzu olan bir bitkidir. Aparılan araşdırmalarda tez-tez sarımsaq yeyənlərin soyuqdəyməyə tutlma riski 70 %-dir. Sarımsağın həmçinin təzyiqi tarazlayıb və içərisində olan yüksək miqdardakı antioksidantlar sayəsində Alzheimer və Demans riskini azaltdığı da müəyyənləşdirilib. Bundan başqa, Amerika Tibb Assosiasiyası Jurnalında dərc olunan bir məqaləyə görə, sarımsaq yemək gənələri uzaqlaşdırır.

6 diş sarımsaq yedikdə orqanizmdə nələr baş verir?

Healthy Food Styledan verilən məlumatlara görə, gündə 6 diş közlenmiş və ya qızardılmış sarımsaq yedikdə 24 saat ərzində bədəninizdə çox mühüm dəyişiklər əmələ gəlir. Məhz saatbasaat o dəyişikliklər.

1 saat: Orqanizminiz ilk bir saat ərzində sarımsağı alıb həzm etməyə başlayır.

2-4 saat: Orqanizminizin həzm etdiyi qidalar, antioksidant xüsusiyyəti sayəsində bir çox xəstəliyin yaranmasına səbəb olan sərbəst radikallarla və xərçəng xəstəlikli hüceyrələrlə vuruşmağa başlayır.

4-6 saat: Bədən sarımsağın faydalı cəhətlərini qavrayır. Maddələr mübadiləsi sürətlənir. Yığılan yağlar yanmağa və bədəninizdəki artıq mayelər atılmağa başlayır.

6-7 saat: Sarımsağın antibakterial xüsusiyyəti orqanizmə yayılır və qan dövranınız tənzimlənir. Sarımsaq bakteriyalarla mübarizə aparmağa başlayır.

7-10 saat: Sarımsaq qidalar hücum səviyyəsində orqanizmi müdafiə edib bədəni oksidləşmədən qoruyur. Yəni sarımsaq sayəsində hüceyrələrin, toxumaların oksidləşmə ehtimalı minimuma endirilir. Bu da sarımsaqların şəkərdən böyrək ihtihabına, xərçəngdən qaraciyərin sirrozuna qədər çox sayda xəstəliklərə qarşı bədəni qoruyur.

10-24 saat: Sarımsağın orqanizmdə göstərdiyi təsirlər, 10 saatdan sonra daha da böyüyür.

Sarımsaq aşağıdakıları həyata keçirir:

-xolesterini tənzimləyir
-damarları təmizləyir və ürək xəstəliklərinə qarşı qoruyur
-təzyiqi tənzimləyir
-sinir sistemini gücləndirir
-bədənə ağır metalların daxil olmasının qarşısını alır
-sümükləri və oynaqları gücləndirir
-yorğunluğu alır
-hüceyrələrin ömrünü uzadır

qızardılmış sarımsaq

Qızardılmış sarımsaq necə hazırlanır?

Bir bütöv sarımsağı götürün və iti bir bıçaq köməyiylə baş hissəsini ehtiyyatla kəsin. Daha sonra baş hissəsi kəsilmiş bütöv sarımsağı soba sinisinə yerləşdirin. Əvvəlcədən qızdırılmış sobada üstü qızarıb içi yumşalana qədər bişirin. Bütöv halda bişən sarımsağı soyudun və daha sonra 6 diş sarımsağı ayırıb hər gün yeyin.

Sarımsaq haqqında digər məqalələrimizlə bu bölməmizdən tanış ola bilərsiniz

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

One thought on “Gündə 6 diş qızardılmış sarımsaq yesəniz….

  • September 13, 2018 at 9:51 am
    Permalink

    Ispanlarda görmüsdüm sarimsagi zeytun yaginda qizardib çõrekle yeyirdiler

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!