Günəbaxan tumunun faydaları

agroexpert_gunebaxan tumuGünəbaxan tumunun yeyilməsi Xristafor Kolumbun Amerikanı kəşf etməsindən sonra dünyaya yayılıb. O vaxta qədər isə bu bitkini yanlız çiçək bitkisi kimi tanıyırdılar. Orta Avropa ölkələri XIX əsrin ortalarından günəbaxan tumunun kütləvi satışına və onun tumlarından günəbaxan yağı almağa başlayıblar.Əsrin sonlarında isə bu yağdan qida vasitəsi kimi dünyanın bir çox ölkələrində istifadə edilib. Əksər ölkələr günəbaxan tumu yeməyi xöşlayır. Onun zərərləri və faydaları haqqıda isə az adamın məlumatı var.

Günəbaxan tumunun faydaları:

  • həzmi sürətləndirir və bağırsaqların fəaliyyətini artırır
  •  tərkibində olan amin turşular səbəbli qanda olan xolesterinin miqdarını azaldır
  • mədə, bağırsaq və qara ciyər xəstəlikləri zamanı çox faydalıdır
  • tərkibində olan A vitamini dəri və göz zəifləməsi zamanı faydalıdır
  • tərkibindəki B vitaminləri səbəbli sinir sistemi xəstəliklərinə faydalıdır
  • yuxusuzluğu və depressiyanı aradan qaldırır
  • tərkibindəki E vitamini sayəsində ürək xəstəlikləri riskini azaldır
  • tərkibindəki D vitamini səbəbli sümüklərin möhlkəmlənməsinə səbəb olur
  • 50 qram tumun tərkibində olan E vitamini orqanizmin bu vitaminə olan sutkalıq təlabatını ödəyir
  • tumun tərkibində olan mikroelementlər,ftor, kalium, maqnium,yod və s. sayəsində qara ciyər, dalaq, öd kisəsi,qlxanvari vəzin funksiyasını artırır və orqanizmin bütün sistemlərini xəstəliklərdən qoruyur
  • tumun tərkibində 200 növ zülal və aminturşuları var
  • tərkibindəki doymamış yağlar orqanizmi infarkt, insult daxil olmaqla bir çox təhlükəli xəstəliklərdən qoruyur
  • immuniteti və depressiyanı sağaldır
  • siqareti tərgitməyə yardım edir

100 qram günəbaxan tumunda 580 kalori var. Ondan davamlı olaraq istifadə etmək isə çəkinin artmasına səbəb olur.
Bu tum vasitəsilə bir həftə qidalanaraq başqa bir qida qəbul etmədən arıqlayanlar da var. Ancaq bu zaman isə gün ərzində ən az 340 qram tum yemək lazımdır. Çünki, gün ərzində yanlız tumla qidalanmaq baş ağrılarına səbəb ola bilər.
Günəbaxan tumunun orqanizm üçün zərəri artıq piylənmə və dişlərin strukturunun korlanmasıdır. Amma, əgər siz norma daxilində tum yesəniz onun sizə zərəri yox faydası dəyər, yəni oprqanizminiz vitamin və mikroelement qəbul etmiş olar.

Günəbaxan tumunun zərərləri:

Heç də hamı bu dadlı qidadan imtina edə bilmir. Bunun artıq çəki yaratdığını bildikləri halda belə bəziləri üçün bu tumlar narkotikə bərabərdir. Belə olduqda qovrulmuş günəbaxan tumları haqda bəzi xoşagəlməz faktlar kömək ola bilər.

– Günəbaxan tumları yüksək temperaturda emal, daha doğrusu, qovrulma zamanı öz faydalı xüsusiyyətlərini itirir.

– Tum çırtdamaq həvəskarlarının demək olar ki hamısının dişlərlə bağlı problemləri ortaya çıxır. Diş emalı dağılır, xoşagəlməz qara ləkələr və ağızda qoxu əmələ gəlir.

– Səsinə dəyər verən insanlara günəbaxan tumları qəti şəkildə qadağandır.

– Bir stəkan tum bir porsiya yağlı donuz kababına bərabərdir.

– Qaraciyər və böyrəklərə mənfi təsir edir.

– Qıcqırma əmələ gətirir.

– Əsəb sisteminə mənfi təsir edir.

Beləliklə, günəbaxan tumu ilə kökəlib-kökəlməmək barədə qərarı özünüz verin. Ancaq dəqiq məlum olan odur ki, həftə ərzində bir ovuc tum bədən quruluşunda katastrofik dəyişikliklər yarada bilməz.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!