Gürcü mətbəxindən iki maraqlı resept

Qonşu ölkənin mətbəxi çox genişdir və özünəxas dadları ilə fərqlənən yeməkləri var. Agroexpert.az saytı bugün sizlərə Gürcüstan mətbəxinin dadlı və bizə elə də yad olmayan yeməklərinin reseptlərini təqdim edir.

Birinci yeməyin adı Gürcü lobyası adlanır.

Təqdim edəcəyimiz resept 4-5 nəfərlik nəzərdə tutulub. Lazım olan ərzaqlar:

  • 1kq Lobya
  • 4 ədəd Soğan
  • 3-4 ədəd pomidor
  • 6-7 diş Sarımsaq
  • 4 xörək qaşığı əridlimiş Kərə yağı
  • 2 stəkan qaynar Su
  • 5-6yarpaq Reyhan
  • 1 dəstə Cəfəri
  • 1 desert qaşığı Duz

Əvvəlcə lobyalar 2-3 yerə bölünüb yuyur. Sonra soğanlar doğranır və qızılı rəng alana qədər yağda qızardılır. Doğranmış pomidorlar soğançaya əlavə olunur vı 4-5 dəqiqə birlikdə qovrulur. Sonra üzərinə lobya və su əlavə edilib bişirilir. Bişməyinə təxminən 10-15 dəqiqə qalmış isə duz, əzilmiş sarımsaq və xırda doğranmış cəfəri əlavə edilir. Lobya yumuşalanadək birlikdə bişirilir.

İkinci reseptimiz məşhur Tblisi salatıdır.

Salatın resepti 2-4 nəfər üçün nəzərdə tutulub. Hazırlanması 40-50 dəqiqə vaxt aparır. Salatın tərkibinə aşağıdakılar daxildir:

agroexpert.az gurcu yemeyi gurcu metbexi
  • 1 banka konservləşdirilmiş qırmızı lobya
  • 300q Mal əti yağsız (bişmiş) və ya 200-250 qr qaynadılmış toyuğun döş əti
  • 1 ədəd ortaboy qırmızı baş soğan
  • 50 qr. qoz ləpəsi
  • 1 ədəd qırmızı bolqar bibəri
  • 1ədəd acı bibərin yarısı
  • 2-3 diş sarımsaq
  • yarm dəstə keşniş
  • zövqə görə duz-istiot
  • Xmeli-suneli (ədviyyatı) zövqə görə

Üzərinə əlavə etmək üçün

  • 1 x.q üzüm sirkəsi
  • 4-5 xörək qaşığı zeytun yağı

Əvvəl soğan yarı halqa şəklində doğranılır. Əgər soğan acı və suludursa, soğanı 2 dəqiqəliyə qaynar suda saxlamaq məsləhətdir. Həm də digər ərzaqların dadını dəyişməmiş olur. Bolqar bibərinin içini təmizləyib nazik uzun doğrayırıq. Qırmızı istiotun da içini təmizləyib xırda-xırda doğrayırıq. sarımsağı həm doğramaq, həm də sarımsaq əzənlə əzmək olar.  Ət isə dördkünc şəkildə doğranılır. Banka lobyanın suyu süzülür, yuyulur. Quru tavada xırda doğranmış qoz ləpəsi qovrulur.

Bir qaba soğan, ət, bibər, sarımsaq, doğranmış kişniş, qızardılmış qoz ləpəsi əlavə edib qarışdırılır. Zövqə görə duz, istiot, xmeli-suneli əlavə edilir. 4-5 xörək qaşığı zeytun yağına bir xörək qaşığı sirkə qatılır. Salata əlavə edilir və qarışdırılır.

Nuş olsun 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!