Gürcü mətbəxinin sevilən yeməyi Çaxoxbili (RESEPT)

Gürcü mətbəxinin ləzzətli təamlarından Çaxoxbili adətən qırqovuldan hazırılanır. Ancaq qırqovul təbiətdə az olduğu üçün toyuq, qoyun və ya mal ətindən də hazırlanır. Agroexpert.az bu gün sizlərə toyuq ətindən hazırlanan çaxoxbilinin reseptini təqdim edir.

Tərkibi:
caxoxbili
  • 400 qr toyuq filesi
  • 1 ədəd soğan
  • 2 ədəd pomidor
  • 1 ədəd qırmızı bolqar bibəri
  • 2-3 diş sarımsaq
  • çimdik duz və ədviyyatlar
  • üzəri üçün göyərti
Çaxoxbili yeməyinin hazırlanma qaydası:

İlk öncə pomidorların qabığını soyun və kub şəklində doğrayın. Soğanları xırda doğrayın və yağda qızılırəng alanadək qovurun. Bolqar bibərini nazik doğrayın və yağda tavda azca qovurun. Toyuq filesini də kub şəklində doğrayın və tavada qızılı rəng alanadək bişirin. Bir dərin qazana qovrulmuş fileni töükn, üzərinə qızardılmış soğanı, bibəri, pomidoru və duzu əlavə edib qarışdırın. Təxminən 1 stəkan su əlavə edib yüksək odda bir neçə dəqiqə bişirin. Daha sonra ocağı zəflədib qazanın qapağını örtüb 20 dəqiqə bişirin. Daha sonra ədviyyatlar və xırda doğranmış sarımsaq əlavə edib qarışdırıb daha 10 dəqiqə bişirin. Hazır yeməyin üzərinə doğranmış göyərti səpin və süfrəyə verin.

Nuş olsun!

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669