Gürcüstanda aqrokredit şərtləri
Koronavirusun yaratdığı problemlərə görə Gürcüstan hökuməti dövlət tərəfindən fermerlərə dəstək olmaq üçün “Güzəştli Kənd Təsərrüfatı Krediti” layihəsinə bir sıra düzəlişləri təsdiqlədi.
Bu layihə kənd təsərrüfatı istehsalçılarına dəstək məqsədi ilə həyata keçirilən “Vahid Kənd Təsərrüfatı Layihəsi”nin bir hissəsidir.

Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı naziri Levan Davitaşvilinin qeyd etdiyi kimi, “Güzəştli aqrokredit” layihəsində vacib dəyişikliklərdən biri illik məhsulların, xüsusən də tərəvəz və taxıl becərilməsi ilə məşğul olan fermerlərə iş kapitalı üçün faizsiz bank kreditləri veriləcək.
Bu layihədə fermerlər üçün 5 min – 100 min lari (1,6 min dollar – 31,3 min dollar) məbləğində kreditlər üzrə faiz dərəcələrinin dövlət tərəfindən tam maliyyələşdirilməsini nəzərdə tutulub.
Gürcüstanda bundan əvvəl maliyyələşdirmə dövriyyə vəsaitinə tətbiq edilməyib. Ancaq bu gün bu məsələdə illik məhsullar – tərəvəzlər, dənli bitkilər, çox aktual sayılır. Çünki əhalinin ən qısa müddətdə istehsal edə biləcəyi şey budur. Dövriyyə kapitalı üçün verilən kreditlər üzrə faiz dərəcələri hazırda olduqca yüksəkdir. Bu faiz əksər hallarda 10% -dən yuxarıdır.
Gürcüstanın Kənd Təsərrüfatı Naziri Levan Davitaşvilinin sözlərinə görə, onlar indi biz fermerlərə illik məhsullardan yetişdirmələri üçün faizsiz pul veririk:
“Düşünürük ki, bu vacib qərarla fermerlərin maliyyə mənbələrinə çıxışını əhəmiyyətli dərəcədə asanlaşdıracağıq. Bu, minlərlə insana kömək edəcəkdir. Düşünürəm ki, bu, fermerlərə dövlət tərəfindən verilmiş birbaşa qrant yardımından daha çox maliyyə mənbələrini səfərbər etməyə imkan verəcəkdir”
Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin qeyd etdiyi kimi, yuxarıda göstərilən kreditlər üzrə faiz dərəcəsinin dövlət tərəfindən tam şəkildə maliyyələşdirilməsi 6 ay müddətinə təmin edilir. Əkinçilər məhsulu satdıqdan sonra borcun əsas hissəsini ödəyə biləcəklər. 2020-ci ildə 5 minə yaxın fermerin bu proqramdan istifadə edə biləcəyi gözlənilir.
Nazirlikdən verilən məlumata görə, dəyişikliklərə dövlətin müştərək maliyyələşdirilməsi ilə əsas vəsaitlər üçün kənd təsərrüfatı kreditlərinin faiz dərəcələrinin artması da daxildir: illik 8% -dən 11% -ə. Belə birgə maliyyələşdirməli kreditlər 48 ay müddətinə verilir.

Həmçinin Gürcüstanda lizinqin dövlət birgə maliyyələşdirmə faizi də artırılıb. Bu faiz illik mövcud 9% -dən 12% -ə qaldırılıb.
Layihədə, həmçinin yeni bir maddə də tətbiq edilib. Bu yenilik qida sənayesinin maliyyələşdirilməsini nəzərdə tutur. Bura üzüm emalı, çörək, xəmir məhsulları və makaron istehsalı müəssisələrinin maliyyələşdirilməsi də daxildir. Bu sahələr çərçivəsində 1 milyon 500 min GEL-dən 5 milyon GEL (469 min dollar – 1 milyon 563 min ABŞ dolları) məbləğində kreditlər veriləcəkdir. Belə kreditlər üzrə faiz dərəcəsinin dövlət tərəfindən birgə maliyyələşdirilməsi 24 ay üçün illik 10% səviyyəsində olacaqdır. Qida sənayesi sektorundakı aqrolizinq üçün 24 ay ərzində dövlət tərəfindən maliyyələşdirmə isə illik 12% təşkil edəcəkdir.
Heyvandarlıq sənayesini dəstəkləmək üçün “Güzəştli kənd təsərrüfatı krediti” layihəsinə ət istehsalına aid maddə də əlavə edilib. Bu maddəyə əsasən, əgər fermerin kredit almaq üçün kifayət qədər girovu yoxdursa, dövlət 50% girov təmin etməyə hazırdır.
” Güzəştli aqrokredit” layihəsi dövlət tərəfindən artıq 6 ildən çoxdur ki, həyata keçirilir.
Qeyd etmək lazımdır ki, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi tərəfindən həyata keçirilən mikroqrant proqramına edilən dəyişikliklər həmçinin kənd təsərrüfatı istehsalının bəzi kateqoriyalarına da şamil edilmişdir. Bu proqram kənd yerlərində də daxil olmaqla müəyyən iqtisadi fəaliyyət növlərinə başlamaq üçün 20 min lari (6.3 min dollar) qədər qrantların verilməsini özündə cəmləşdirir. Hazırda bu qrantların maksimal həcmi 30 min lari (9.4 min dollar) səviyyəsinə qaldırılıb.
Yuxarıda göstərilən bütün dəyişikliklər, Covid-19 koronavirus pandemiyası nəticəsində ölkəni böhrandan çıxartmaq üçün hərtərəfli tədbirləri özündə birləşdirən – həm səhiyyə, həm iqtisadiyyat, həm də sosial təminat sahələrində hökumət tərəfindən təsdiq edilmiş “Böhranla Mübarizə Planı” çərçivəsində qəbul edilmişdir. Gürcüstanın Baş naziri Qeorqi Qaharia 2Böhranla Mübarizə Planı”nı təqdim edərkən qeyd edib ki, ölkə böhran vəziyyətinin aradan qaldırılması üçün ümumilikdə 3,5 milyard GEL (1,1 milyard dollar) xərcləyir. Bunun da 1,35 milyard GEL ($ 0, 4 milyard) vətəndaşların ünvanlı maliyyə sosial dəstəyinə, 2.11 milyard lari isə (0.7 milyard dollar) birbaşa iqtisadiyyat və sahibkarlar üçün, 0.35 milyard lari isə (0.1 milyard dollar) vətəndaşların sağlamlığının qorunmasına xərclənəcəkdir.
Bundan əlavə, qeyd edək ki, Gürcüstan “5-ci Aqro Sığorta Konfransı” üçün təşkilatçı kimi seçilib. Xatırladaq ki, Gürcüstanda 22 İyun 2020-ci il tarixinə qədər ümumilikdə 900-dən çox COVID-19 hadisəsi olmuşdur. Həmçinin Gürcüstanın beynəlxalq səyahətləri 15 İyuldan etibarən bərpa edəcəyi gözlənilir.
