Güzəştli şərtlərlə mineral gübrələrin səyyar satışı 13 rayonda

Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə

  • mövsümi mineral gübrələrin,
  • ammofos və nitroammofoska gübrələrinin

güzəştli şərtlərlə səyyar satışı həyata keçirilir. Satışlar rayon mərkəzindən uzaq məsafələrdə yerləşən kəndlərdə təşkil olunur. Çünki əsas məqsəd

  • gübrələrin alışında fermerlərin sərf etdikləri zaman,
    • məsafə itkisinin və əlavə məsrəflərin qarşısını almaq,
  • vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Qeyd edək ki, sentyabr ayı ərzində 1777 fermer bu satışdan yararlana bilib.

İndiyədək Şəmkir, Gədəbəy, Samux, Qobustan, Şəki, Oğuz, Xaçmaz, Kürdəmir, Hacıqabul, Şamaxı, Ağsu, İsmayıllı, Ucar, Göyçay, Cəlilabad, Astara, Lerik, Biləsuvar, Qusar, Siyəzən və Xızıda rayonlarında  səyyar gübrə satışı təşkil olunub.

Güzəştli qiymətlərlə səyyar gübrə satışı bütün regionlar əhatə olunmaqla mövsümün sonuna kimi davam etdiriləcək. Bununla da fermerlər 70%-lik güzəştdən yararlana biləcəklər.

Mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı:

Qazax, Ağstafa, Tovuz, Göygöl, Goranboy, Şabran, Xaçmaz, Quba, Salyan, Neftçala, Tərtər, Bərdə, Yevlaxda təşkil ediləcək.

Səyyar satışların bu həftə ərzində təşkil olunacağı ərazilərin cədvəli:

  • Oktyabrın 1-də Qazaxın Alpoud, Şabranın Pürəbədil, Tərtərin Hüsənli kəndlərində;
  • Oktyabrın 2-də Ağstafanın Dağkəsəmən, Xaçmazın Susay Qışlaq, Tərtərin Qəzyan kəndlərində;
  • Tovuzun Əlimərdanlı, Qubanın Alpan, Bərdənin Yeni Daşkənd kəndlərində isə Oktyabrın 3-də;
  • Oktyabrın 4-də Göygölün Çaykənd, Salyanın Xalac, Bərdənin Əmirli kəndlərində;
  • Oktyabrın 5-də Goranboyun Tapqaraqoyunlu, Neftçalanın Xolqaraqaşlı və Yevlaxın Gülöyşə kəndlərində həyata keçiriləcək.
agroexpert.az  güzəştli səyyar gübrə satışı

Bildirilir ki, güzəştli qiymətlərlə səyyar gübrə satışı qaydalarında və qiymətlərdə dəyişiklik yoxdur. Vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70 faiz güzəştdən yaralanaraq mineral gübrə əldə edə bilərlər.

Adıçəkilən, eləcə də ətraf kəndlərin sakinləri tələb olunan sənədləri:

  • torpaq aktı və ya çıxarış,
  • icra nümayəndəsindən ərizə-məlumat forması,
  • şəxsiyyət vəsiqəsinin surəti

Səyyar xidmət zamanı səyyar bank terminalları da fəaliyyət göstərir və ödənişlər üçün vətəndaşın banklara müraciət etməsinə ehtiyac yaranmır.

Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün

  • 1652 Çağrı Mərkəzi
  • (+99451) 255-93-83, (+99451) 229-32-07

əlaqə nömrəsinə müraciət etmək lazımdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!