Xəbərlər

Hacıqabul bağlarından 11 min 995 ton meyvə tədarük olunub

Hacıqabulda təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Bununla əlaqədar ötən ildə 11 min 995 ton meyvə tədarük qeyd edilib…

Meyvə tədarüku

meyvələrin tədarüku

Bunun sayəsində də rayonda hər il yeni-yeni bağçılıq təsərrüfatları yaradılır, meyvə istehsalı artır. Təsərrüfatın bu sahəsi ilə məşğul olan fermerlər hər il meyvə bağlarından yüz tonlarla məhsul istehsal edərək bazarlara çıxarır və emal müəssisələrinə göndərirlər.

Rayon Statistika İdarəsindən bildiriblər ki, hal hazırda rayonda həyətyanı sahələrlə birlikdə 1439,6 hektar meyvə bağı var. Ötən il bu bağlardan 11 min 995 ton məhsul tədarük olunub. Bu da 2017-ci ildəkindən 881 ton çoxdur.
Tədarük olunan meyvənin və digər məhsullar təşkil edib:

  • 330 tonunu alça;
  • 640 tonunu ərik;
  • 272 tonunu alma;
  • 406 tonunu heyva;
  • 212 tonunu armud;
  • 158 tonunu şaftalı;
  • 179 tonunu gavalı .

Bağbanlar ən yüksək nəticəni nar bağlarından əldə ediblər. Rayonda mövcud olan 1137 hektar nar bağından 9 min 41 ton məhsul tədarük olunub. Tədarük olunan narın demək olar ki, yarıdan çoxu Udlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisindəki bağlardan yığılıb.

Bağbanlar yetişdirdikləri narı yerli bazarlarla yanaşı, xarici bazarlara da göndəriblər.

Mənbə

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: