Hal-hazırda kənd təsərrüfatında iqtisadi vəziyyət necədir?

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 6 835,1 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub.

“Agroexpert.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% çoxdur.

kənd təsərrüfatı iqtisadiyyatında vəziyyət 2020

Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 0,1% artaraq 3 604,7 milyon manat olub, heyvandarlıq məhsullarının dəyəri isə 3,1% artaraq 3 230,4 milyon manat olub.

Lakin bu ilin sentyabr ayından başlayan müharibə və hərbi vəziyyət kənd təsərrüfatına da xeyli ziyan vurdu.  

Hazırda ölkənin Ermənistanla həmsərhəd rayonlarında kəskin döyüşlər gedir. Tərtər, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl, Goranboy və digər istiqamətlərdə aparılan hərbi əməliyyatlarda ordumuz mühüm uğurlar əldə edib, düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib.

Lakin müharibə bölgəsində yaşanan çətinliklərdən biri də payız fəslinin əvvəlində kənd təsərrüfatında aparılan işlərlə bağlı çətinliklərin yaşanmasıdır. Belə ki, dinc sakinləri atəşə tutan Ermənistan hərbi qüvvələri kənd təsərrüfatı əhəmiyyətli obyektləri, əkin sahələrini, mal-qaranı da hədəfə alırlar. Atışmanın getməsi erkən payız dövründə kənd təsərrüfatlarında gedən işlərə də təsir edir.

Goranboy rayonunda 23 min ha sahədə 72,4 min ton dənli bitki istehsal edilib ki , bunun da əsasını taxıl, arpa, dən üçün qarğıdalı və günəbaxan təşkil edir. Rayonda ötən il kənd təsərrüfatı məhsulları: 7.3 min ton pambıq, 10 min tona yaxın tərəvəz, 3 min ton bostan bitkisi və 22 min tona yaxın meyvə istehsal edilib.

Ermənilərin son aylar daimi intensiv atəşi altında olan Tovuz rayonunda da istehsal göstəriciləri yüksəkdir. Belə ki, rayonda ötən il 17 min ha sahədən 45 min tonu buğda olmaqla 86 min ton dənli bitki, 46.3 min ton şəkər çuğunduru, 28.5 min ton tərəvəz, 22 min tona yaxın meyvə istehsal olunub. Bütün bunlar sözügedən rayonların ölkənin aqrar sektorunda nə qədər mühüm yer tutduğunu və kənd təsərrüfatında intensiv işlərin getdiyi erkən payız dövründə müharibənin bu proseslərə təsiri ilə bağlı məsələnin ciddiliyini göstərir.

Cəbhə xəttində müşahidə aparan nazirlik sözçüsü bildirdi ki, erməni terrorçuları təkcə dinc sakinləri yox, kənd təsərrüfatı obyektlərini, heyvanları da atəşə tutur:

 “Bu mənada təmas xəttində kənd təsərrüfatı fəaliyyətinin təşkilində müəyyən ləngimələr var. Ən yaxşı cəhət isə ondan ibarətdir ki, insanlarımız yerindədirlər. Hər şey qaydasındadır, imkan dərəcəsində fəaliyyətlərini davam etdirirlər. Ön cəbhə qədər arxa cəbhənin də hərbi vəziyyət dövründə çox böyük əhəmiyyəti var. Fermerlər tərəfindən çağrı mərkəzimizə çoxsaylı zənglər daxil olur. Bizim də tövsiyəmiz o olur ki, hər kəs qələbədə payının olmasını istəyirsə, öz fəaliyyəti ilə ciddi məşğul olsun. Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında ən əsas aparıcı qüvvə təbii ki, fermerlərdir. Hazırda təmas xəttində fermerlər canla-başla çalışırlar. Hərbi əməliyyatlar hazırda kənd təsərrüfatının ən aktiv dövrünə təsadüf edir. Bu baxımdan pambıq yığımı artıq başlayıb, meyvəçilik rayonlarında yığımın ən aktiv dövrüdür. Taxıl isə ölkənin ərzaq təhlükəsizliyi üçün ən vacib sahələrdən biridir və taxıl sahələrində payızlıq şum başlayıb. Payızlıq şumun qaydasında aparılması bizim may-iyun aylarında taxılı yığmağımız üçün ilkin mərhələdir. Təmas xəttindəki kəndlərdə payızlıq şumun aparılması, aqrotexniki qulluq işlərinin görülməsi ilə bağlı proses tam nəzarətimizdədir”.

inam-kerimov-kend teserrüfati naziri
“Bitki sağlamlığı və elmi tədqiqatlar” mövzusunda keçirilən regional videokonfransda çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki,

“Ermənistanın Azərbaycanın mülki əhalisini hədəfə alması cəbhəyanı və ətraf ərazilərdə yaşayan 100 mindən çox fermerin həyatına təsir edib.

Çoxlu sayda mal-qara təlafatı qeydə alınıb, on minlərlə əkin sahələrində biçin məhdudlaşdırılıb. Kənd təsərrüfatı texnikaları məhv edilib, suvarma sistemləri dağıdılıb. Bununla əlaqədar, Kənd Təsərrüfatı Nazirliyi beynəlxalq tərəfdaşlarına müraciətlər ünvanlayaraq Ermənistanın işğal siyasətini qətiyyətlə qınamağa çağırıb. Ermənistanın aqresiyasının yalnız Azərbaycanın deyil, bütövlükdə regionun ərzaq təhlükəsizliyini və aqro biomüxtəlifliyini sarsıtdığı diqqətə çatdırılıb” – deyə o qeyd edib.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669