Hələb keçisi saxlamaq sərfəlidir!

Türkiyənin Mədənlər kəndində yaşayan Akgül ailəsi Anadoludan gətirdikləri keçilərlə hərkəsin marağına səbəb oldular.

Hələb keçisi saxlamaq

65 yaşındakı Ali Akgül 3 il əvvəl internet və bazar araşdırmasından sonra 25 ədəd hələb keçisi alıb kəndlərinə gətirir. Dövlətin də dəstəyini əldə edən ailə bu işin elə başlanğıcda çox maraqlı olduğunu görür.

Zonguldaq bölgəsi elə bir yerdir ki, xırdabuynuzlu heyvan saxlamaq üçün hər cür şəraiti mövcuddur. Burda 10 ay yerdə yaşıl ot olur. Keçən il 24 min baş olan heyvan sayı bu il 37 minə çatıb. Dövlət bu sayı daha da artırmaq istəyir. Çünki xırdabuynuzlu heyvan çox bərəkətlidir və çox da gəlir gətirir.

Hələb keçisinin əsas özəlliyi 2-5 l süd verməsidir. Keçi südü ana südünə ən yaxın süddür və buna görə də bahadır. Dövlət, 50 baş və daha çox ferma quranda süd və ətin satışını dəstəkləyir. İlk yatırım çox baha deyil. İldə 2 dəfə bala verirlər, cinsinə görə 1 ya da 4 bala verən keçilər də olur.

Ali Akgül deyir ki, hələb keçisini yoxlamaq üçün aldıq. Uğurlu oldu və verim əldə etdik. Bu işin ən əsas tərəfi ailə işi olmasıdır.

Qısacası, hələb keçisi saxlamaq sərfəli biznes ideyadır.

Keçi biznesi haqqında bu məqaləmizi də oxumağı sizə tövsiyyə edirik.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669