Hallabonq ağacından 3-4 dəfə məhsul götürmək olur

Cənub bölgəsində yeni sitrus bağlarının salınmasına diqqət artırılıb. Xüsusilə təcrübəli fermerlər Lənkəranda hallabonq (dekopon) ağaclarının salınmasına üstünlük verirlər.

Hallabonq ağaclarının üstünlüyü

Cənubi Koreyadan gətirilən və ilk dəfə Lənkəran rayonunun Sütəmurdov kəndində 10 hektar ərazidə əkilən bu sitrus meyvəsi dadı, görünüşü və məhsuldarlığı ilə fərqlənir.

Aqronom Xalıq Talıbov bildirib ki, kənd ərazisində ümumi sitrus bağının sahəsi 80 hektardan çoxdur. Bunun 10 hektarında təxminən 4 minədək hallabonq ağacı əkilib.

hallabonq agaci« Sitrus meyvəsi olan hallabonq sağlamlıq üçün çox faydalıdır.

Ölkəmizdə 2015-ci ildən əkilməyə başlanıb və Lənkəranda rayonlaşdırılıb. Hallabonq ağacı əkiləndən 2-3 il sonra məhsul versə də, tam məhsula düşməsi təxminən 8-10 ilə olur.

İldə 200-300 kiloqram məhsul verə bilir. Əkin yeri yaxşı olarsa, ildə 3-4 dəfə məhsul götürmək mümkündür. Bizim ölkə üçün yeni sitrus meyvəsi olsa da, insanlar tərəfindən böyük maraq var. Bu yaxınlarda Lənkəranda keçirilən sitrus festivalında da insanlar bu meyvəyə böyük maraq göstərdilər ».

«Gilan Orchards» MMC-nin aqronomunun sözlərinə görə, hallabonq meyvəsi həm daxili, həm də xarici bazarda satışa çıxarılacaq. Xarici bazar kimi, ilkin olaraq Rusiyaya göndəriləcək.

Qeyd edək ki, təkcə ötən il rayonda 75-80 hektar sahədə hallabonq bağı salınıb. Bu sitrus meyvəsinə qənnadı, kosmetika, ətriyyat, şirə və şərabçılıq sahələrində də tələbat var.

Mənbə

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669