Hansı ağaclardan nələr hazırlanır

Ağaclar tikinti, elektrik enerjisi üçün sütunların hazırlanması, mebel və kağız istehsalı üçün oduncaq verir. Oduncaqdan müxtəlif üsullarla, məs.,

  • su və ya üzvi məhlullarla, hidroliz yоlu ilə müxtəlif kimyəvi birləşmələr,
  • metil spirti, aseton, sirkə turşusu, kanifol, kamfora,
  • skipidar, aşı maddələri, şəkər və digər efir yağları alınır.
agroexpert_AZ hansı agac növündən nə hazırlanır

Həmçinin oduncaqlardan yaşayış yerləri, mətəqələr, oyuncaqlar, müxtəlif əşyalar, alətlər və s. hazırlanır.

Ağac mənşəli məhsullara Aralıq dənizi palıdının qabığından аlınаn tıxac,

  1. rezin, saqqızın istehsalı üçün istifadə edilən tropik ağacların şirəsi,
  2. pambıq ağacının meyvələrindən аlınаn istilik materialı və s. aiddir.

Oduncaqdаn hal-hazıra qədər də yanacaq kimi istifadə edilir.

Ağacların meyvələri vəhşi heyvanlar və insan üçün mühüm qida mənbəyidir.

  • Qəhvə ağacının toxumlarından kakao və şokolad,
  • tropik qərənfil ağacının qurudulmuş qönçələrindən ədviyyat,
  • dаrçın ağacının döyülmüş qabığındаn darçın,
  • Indoneziyanın şərqində Molukk adalarında bitən qоz ağacının toxumundаn yаğ аlınır.
  • Bir çox ağacların meyvələri tər halda yeyilir. 

Maraqlı məlumat olaraq qeyd edək ki, Özbəkistanın Səmərqənd şəhərində VIII əsrdə çinli əsirlərdən öyrənilən tut ağacı qabığından kağız istehsaletmə üsulu bu gün də davam edir.

Tarixi şəhərə gələn səyahətçilər emalatxananı görmədən Səmərqənddən getmirlər.

Talas çayı sahilində 751-ci ildə aparılan müharibədə Səmərqənd Bəyi Əbu Müslimin əsgərlərinin ələ keçirdiyi çox sayda çinli əsiri həyatlarını xilas etmək üçün yerli sənətkarlara kağız istehsalının sirlərini öyrədirlər.

agroexpert_Az oduncaq-agacdan hazırlanan

Səmərqənddə VIII əsrin sonunda başlayan kağız istehsalı getdikcə inkişaf edir və 9-ci əsrdən etibarən şəhər kağız istehsalının ən mühüm mərkəzlərindən biri olur. Səmərqənd kağızının şöhrətinin 9-cu və 10-cu əsrlərdə müsəlman ölkələri ilə yanaşı, Avropaya qədər yayılır. O dövrdə qələmə alınan bir çox əsərin Səmərqənd kağızı üzərində yazıldığ deyilir. Həmçinin, səmərqəndli kağız ustalarının X əsrdə dünyada ən nazik, hamar, möhkəm və mürəkkəbi çox əmməyən kağız növlərini istehsal etdikləri bildirilir.

Meşə və ağac emalı sənayesi

Tikinti materialları, sellüloz, kağız, süni lif, mebel və digər məhsulların istehsalını özündə cəmləşdirən sənaye sahəsidir. İri həcmlərlə meşə məhsulları tədarük edilən ölkələrdə meşə tədarükü ayrıca olaraq hasilat sənayesi qrupuna daxil edilir. Hasilat həcmi kiçik olan ölkələrdə bu istehsalat sahəsi taxta-şalban məhsulların istehsalının tərkibində olur.

Hesablamalara əsasən, hazırda yer kürəsi səthinin 4 milyard hektarını (quru ərazinin təqribən 31%-i) meşə sahəsi əhatə edir.

Meşə sahələrinin böyüklüyünə görə dünyanın aparıcı ölkələri Rusiya, Braziliya, Kanada, ABŞ, Çin və Avstraliyadır. Ağac emalı sənayesi meşə təsərrüfatının aparıcı sənaye sahələrindən hesab olunur və ölkələrin ümumi daxili məhsul istehsalında özünəməxsus yerə malikdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!