Hansı ayda hansı tərəvəz və meyvələri yeməliyik?

Bir çox mütəxəssis heyvan qidalarından uzaq olmağımızı, mövsümə uyğun müəyyən miqdarda tərəvəz yeməyin vacib olduğunu məsləhət görür. Meyvə yeməyin faydalı olduğu deyilsə də, tərəvəzlə müqayisədə tərkibində olan şəkər miqdarına görə tərəvəzin daha çox qəbul edilməyi təklif edilir.

mövsümə uyğun qidalanma agroexpert.az hansi fesilde hansi meyve yeyilməlidir
Tərəvəz ürək-damar xəstəliklərinin və xərçəngin qarşısını ala bilən əsas vasitədir. Araşdırmalara görə, qida piramidasında hər bir qidanın istehlakına görə müəyyən olunan çəki  var.

Tərəvəzləri günün uyğun olmayan saatlarında çox istehlak etmək bəzən orqanizmamız üçün  faydalı olmaya bilər. Axşam və gecə saatlarında yeyilən çiy tərəvəzlər lazımsız olaraq həzm sistemimizi yorur.

Tərəvəz və meyvələri  nə qədər sevsək də,  ancaq həqiqətən sağlam bir pəhriz əldə etmək üçün qidaları balanslı şəkildə istehlak etməyimiz vacibdir.

Qışda tərəvəz və meyvəni çox miqdarda, təzə yemək faydalıdır. Tərəvəzlərin gündüzlər çiy,  axşamlar az bişmiş şəkildə qəbul edilməsi məsləhətlidir.Ümumiyyətlə tünd yaşıl yarpaqlı tərəvəzlər vitamin və mineral baxımından, kalsium və dəmir tərkibinə görə digərlərindən daha zəngindir.

Aylıq mövsümə görə meyvə və tərəvəzlər

Yanvar ayı

Tərəvəzlər: Kələm, pazı, kərəviz, kök, gül kələm, kəvər, bal balqabağı, çuğundur, ispanaq, qara turp, qırmızı turp, brokoli

Meyvələr: alma, banan, portağal, naringi, heyva, nar, qreypfrut, şabalıd

Fevral ayı

Tərəvəzlər: Zəncirotu, soğan,kəvər, qırmızı turp, kərəviz, kələm, pazı, kök, gül kələm, balqabaq, çuğundur, ispanaq,ağ  turp, brokoli

Meyvələr: alma, banan, portağal, naringi, heyva, nar, qreypfrut, şabalıd

Mart ayı

Tərəvəzlər: Çuğundur, kök, limon, qulançar, turp, ispanaq, brokoli, kahı, roka, bibəriyə, nanə, cəfəri, tərə

Meyvələr: banan, alma

Aprel ayı

Tərəvəzlər: qulançar, ənginar, göy noxud, paxla, kök, roka, təzə sarımsaq, bibəriyə, nanə, cəfəri, tərə, təzə kəklik otu, təzə soğan.

Meyvələr: Limon, yetişməmiş badam, qaysı

May ayı

Tərəvəzlər: qulançar, noxud, ənginar, paxla, semizotu, barbunya, Madımak, əmənkömənci, arpacık soğan, kahı, roka, soğan, sarımsaq, bibəriyə, nanə, cəfəri, tərə

Meyvələr: Gavalı, çiyələk, tut

İyun ayı

Tərəvəz: Ənginar, noxud , xırda xiyar, dənə lobya, təzə kartof, yaşıl lobya, yaşıl bibər, badımcan, istiot, pomidor,  şüyüd, yaşıl bibər, üzüm yarpağı, simli lobya, kahı, soğan, sarımsaq, şüyüd, reyhan, rozmarin, nanə, cəfəri, tərə

Meyvələr: Alça, çiyələk, albalı, ərik, şaftalı, tut, qara gavalı

İyul ayı

Tərəvəz: balqabaq, xaş, xiyar, böyrək lobya, kartof, yaşıl lobya, yaşıl bibər, badımcan, zəng istiot, pomidor, qara gözlü noxud, yaşıl bibər, təzə sarımsaq, qarğıdalı, soğan, sarımsaq, şüyüd, reyhan, rozmarin, nanə, cəfəri, tərə

Meyvələr: Albalı, qarpız, şaftalı, qovun, sarı gavalı, moruq, ərik, qara gavalı

Avqust ayı

Tərəvəz: balqabaq, xurma, xiyar, yaşıl lobya, yaşıl bibər, badımcan, istiot, pomidor, dənə lobya, uzun bibər, dənə lobya, qarğıdalı, yaşıl lobya, soğan, sarımsaq, şüyüd, reyhan.

Meyvələr: Albalı, şaftalı, qarpız, qovun, qarğıdalı, üzüm, gavalı, tut, böyürtkən, əncir, qırmızı gavalı

Sentyabr ayı

Tərəvəz: Yerkökü, xiyar, yaşıl lobya, yaşıl bibər, badımcan, bibər, pomidor, dənə lobya, göbələk, qarğıdalı, soğan, şüyüd, reyhan, rozmarin, nanə, cəfəri,tərə

Meyvələr: şaftalı, qarpız, qovun, üzüm, gavalı, əncir, zoğal, təzə qoz, fındıq

Oktyabr ayı

Tərəvəz: Yerkökü, xiyar, yaşıl bibər, badımcan, pomidor, istiot, göbələk, yerkökü, kələm, kələm

Meyvələr: nar, üzüm, əncir, zoğal, armud, şabalıd, fındıq, qoz

Noyabr ayı

Tərəvəz: Kələm, kərəviz, yerkökü, gül kələm,kəvər, ispanaq, balqabaq, xardal, soğan, rozmarin, nanə, cəfəri, tərə

Meyvələr: portağal, heyva, nar, qreypfrut, armud, xurma, banan, kivi, naringi, şabalıd

Dekabr ayı

Tərəvəz: Qara kələm, yerkökü, gül kələm, balqabaq, ispanaq, xardal, kərəviz, kəvər, brokkoli

Meyvələr: alma, portağal, naringi, heyva, nar, qreypfrut, banan, xurma, kivi, şabalıd.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика