Bitkilərin becərilməsində pestisidlərdən nə qədər istifadə edilir

Braziliyanın San Paulo Kənd Təsərrüfatı Universitetinin professorları Jose Otavio və Lurival Karmo tərəfindən edilən son bir araşdırmada, ən az və ən çox pestisid tələb edən bitkilər haqqında məlumat verilib.

Pomidor istehsalında istifadə olunan pestisid miqdarı digər məhsullardan üstündü. Braziliyada bu bitki üçün hər hektara 46,87 kq pestisid istifadə edilir.

Siyahıda pomidordan sonra alma və kartof gəlir. Hər hektara müvafiq olaraq 39.18 və 31.60 kq aktiv tərkib hissəsi olan pestisid tətbiq edilir.

Alimlər öz nəticələrində pambıqdan, soya, düyü, soğan, qəhvəyə qədər, sitrus meyvələri, lobya və ümumilikdə 19 məhsul haqqında müasir məlumatlara istinad ediblər.

pestisid bitkilerde neqeder istifade olunur agroexpert.az

Banan, tütün və lobya hər hektara müvafiq olaraq 0.48, 1.01 və 1.22 kq pestisid istifadəsi ilə siyahının sonunda yer alıblar.

Tədqiqatda həmçinin təhlil edilən bitkilərin hər birini müalicə etmək üçün istifadə olunan pestisidlərin növləri ayrıca araşdırılıb. Xüsusən də insanlar üçün zəhərlənmə baxımından bu növ pestisidlər arasında ciddi fərq var.

Herbisidlər ən az zəhərli sayılan pestisid növüdür. Onların ardınca funqisidlər, akarisidlər və insektisidlər gəlir.

Alimlər qeyd edir ki, pestisidlərin istifadəsi aqronomik, texniki və maliyyə səbəblərinə görə dəyişə bilir. Bəzi məhsullar, məsələn, alma ağacları və kartof, xəstəliklərə daha çox həssasdır və yüksək səviyyədə qorunma tələb edir. Digər tərəfdən, şəkər qamışı kimi bitkilər fitopatogenlərə qarşı davamlıdır deyə onlarda əsasən herbisidlərdən istifadə olunur.

İstehlakçılar arasında ən çox tələbat olan məhsullar pomidor, alma və kartofdur. Bu bitkilər göbələk xəstəliklərinə qarşı həssas olduqları üçün onların becərilməsi zamanı funqisidlərdən istifadə olunur.

Tütün üçün hər hektara 1,01 kq aktiv maddə istifadəsi müəyyən edilmişdir ki, bu da tütün bitkilərinə pestisid təsirinin aşağı dərəcədə olduğunu göstərir.

Bu yaxınlarda Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən təqdim edilən bir araşdırma Braziliyanın pestisidlərlə müalicə olunan sahə baxımından dünyada 44-cü, bitki yetişdirməsində pestisidlərin istifadəsi baxımından isə 58-ci pillədə olduğunu göstərdi.

Qeyd edək ki, Braziliya dünyada eyni sahədə ildə birdən çox istehsal dövrü həyata keçirmək imkanına malik olan az sayda ölkədən biridir. Buna görə də burada pestisid tətbiqlərinin sayı kifayət qədər çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика