cins inək
İribuynuzlu heyvanlar

Hansı cins inək alım?

İribuynuzlu heyvan biznesində iki əsas istiqamət var: südlük və ətlik. Fermerlər də inəyi ya südlük yada ətlik biznes üçün seçib alırlar. Bu seçim özü bir elmdir. Daha əvvəl südlükətlik inək cinsləri haqqında məqalələr yazmışdıq. Çalışacayıq bu məqalədə son dövrlər ən məşhur cins inək və danalar haqqında ətraflı məlumat verək ki, fermerlərimiz öz əziyyətlərinin bəhrəsini daha çox görsün.

cins inək

İnək seçimində uzun mübahisələrin səbəbi aydındır, hər kəs öz malını satmağa çalışır. Amma bu diskusilayar faydalıdır. Məsələn, araşdırmadan bilmədən gedib holştin cinsi alıb çox zərər edənlər oldu. Ətlik dana biznesi ilə məşğul olanlar isə yalnız yerli cinslərə üstünlük verirdi. (Bəlkə də elə buna görə fermerlərimiz zəngin olmur). Daha əvvəl də simmental yoxsa holşteyn adlı müqayisəli məqalə yazmışdıq. Bu məqalədə müxtəlif cins inək və yanaşmalara haqqında müqayisəli təhlil aparacayıq ki, insanımız biznesini daha effektiv qursun.

Ümumiyətlə, biznes üçün inəkləri 2 yerə bölürəm. Yerli və xarici cinslər. Yerli cins inək üçün qafqaz qonuru, şvis, zebus, ağqulaq misal göstərmək olar. Yerli cinslər iqlimə uyğunlaşıb, lakin süd və ət verimi az olan heyvanlardır.

Xarici cinslər özü də 3 yerə ayrılır

  1. Südlük inək cinsləri: Holşteyn, Şvis qonuru, Jersey cinsləri.
  2. Ətlik inək cinsləri: Anqus, Şarole, Limuzin cinsləri.
  3. Ətlik-südlük cinslər: Simmental cinsi məşhurdur.

Agroexpert FB səhifəmizdə apardığımız diskusiyalar nəticəsində Azərbaycan üçün hansı heyvanı seçmək barədə bir-neçə söz demək istərdim. Aqrolizinq vasitəsi ilə əhaliyə simmental və holşteyn verilirdi. Holştyen kitaba görə 30-40 litr süd verə bilsə də, alıb saxlayan və bu nəticəni əldə edən çox azdır. Hətta heyvanları tələf edənlər daha çoxdur. Simmental bir balaca uğurlu oldu. Həm ətlik həm südlük istiqamətdə simmental daha çox saxlanılır.

Amma xarici cinslərin əsas problemləri çox yemlənməsi, düzgün rasyon və baytardır. Bu mənada heyvandarlığı ciddi mənada inkişaf etdirmək üçün yem bazası düzgün təşkil edilməlidir. Republikada cins heyvan tərkibi artdıqca yemə tələbat da 3-4 dəfə artmağa başlayıb.

Xarici cins inək haqqında

Türk mütəxəssislər fermerlərinə belə bir tövsiyyə edir: Holşteyn, Şvis və Simmental irqlərindən ibarət sürü düzəldib, müqayisəli yemlənməlidir. Bu sayədə bölgə üçün ən effektiv cins təyin edilməlidir. Belə bir araşdırmanı nazirlik və aqrar instutlar aparmalı, nəticələri haqqında məqalələr dərc etməlidir.

Məsələn, Jersey inəkləri ən yaxşı südlük heyvanlardır. (Yağlılığı çox olur) Amma danaları ətlik biznesə qəti yaramır. Çünki kiçik cüssəlidir. Amma canlı süd, kərə yağı və pendir fabrikidir.

Südlük digər cins Holşteyn cinsi və Şvis qonurudur. Şvis dünyada çempion cins kimi tanınır. İllik süd verimi 9000 litrdir. Holşteyn və Şvis qonuru yemə görə süd verimi daha sərfəli cinslərdir. Simmentallar isə böyük olurlar. Simmental Holşteyn qədər süd verməz, ətlikdə isə danaları çempion deyil. Ümumiyyətlə xarici cinslərə çox və düzgün yem vermək şərtdir.

Ətlik cinslərin südü buzovlarına yetəcək qədər olur. Buzovlar südü içib ətə çevirir. Ətlik cinslər sağılmır. Məsələn, anqusu sağmaq mümkünsüzdür. Bunların mələzləri çox verimli olur. Ətlik inəklər uzun ömürlü olur, hər il bir bala verə bilirlər. Amerikada 10 yaşında, 8 bala vermiş inəklər çox olur.

Fermada südlük inəklər sağıldıqları üçün metabolizma xəstəlikləri, mastit, döl tutmama problemləri çox olur. Ömürləri uzun deyil, adətən sürüdə 3 laktasiya dövründə saxlayırlar.

İnəklərin verimli ömrü biznes üçün vacibdir. Südlük biznesi quranların kar etməməsinin əsas səbəbi, amortizasiya xərclərində aldanmasıdır. Qısaca, elə zənn etməyin ki, bir inək 30 il süd verəcək. 🙂

İnəkləri təkcə süd və ətə görə saxlamırlar. Sırf damazlıq biznesi quran fermerlər də var.

Simmental Amerikada ətlik kimi yetişdirilir. Klassik sarı-qrımızı, ala bula simmentalların yerini qara simmentallar tutub. Ətlik olduğu üçün süd sağımı nəzərə alınmır. Amerikalı fermerlər ətlik-südlük (kombinə edilmiş) cinsləri qəbul etmirlər. Nə edəcəksən, tam et deyirlər. Ət istəyirsənsə ətlik, süd istəyirsənsə südlük cinslərdən saxla. Ətlik-südlük saxlayan hər ikisini əksik əldə edəcək.

Son olaraq qeyd edim ki, son vaxtlar dövlət süni mayalanmanı təşviq edir. Süni mayalanma özü mübahisəli məsələ olsa da, hal-hazırda əldə edilən mələzlər süd, ət verimi baxımından yerli cinslərdən, dözümlülükdə isə xarici cinslərdən daha üstündür. Bəlkə də yerli daha gözəl südlük və ətlik heyvan cins inək əldə etməyin və yaxud keçmiş cinsləri seleksiya ilə yaxşılaşdırmağın vaxtı çoxdan çatıb artıq.

Mənbə.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

Əvvəlki həyatımda developer idim. :)
error: Content is protected !!