Quşlar Tövsiyyələr

Hansı qaz cinsi ən sərfəlidir?

agroexpert qaz cinsi

Məqaləni oxumamış cavabı deyim sizə: Linda cinsi. Niyəsini qaz cinsləri haqqında bu yazıdan görəcəksiniz.

Əgər qaz saxlayacaqsınızsa vəya bu işin biznesi ilə məşğul olacaqsınızsa bir-neçə faktor çox önəmlidir. Qaz üçün gölməçə, otlaq, yem tədarükü və qazın cinsi. Hansı qaz cinsini seçmək lazımdır?

25 adda qaz cinsi mövcuddur ki, bunlardan da yarısından biraz çoxu Azərbaycanda mövcuddur. Bu qaz cinslərindən eləsi var ki, həvəskarlar və kolleksionerlər gözəlliyinə görə saxlayır. Bu qazlar əhali arasında populyar deyil. Qaz cinsini seçərkən ən vacib sual bu qazı nə məqsədlə saxlayacağınızdır. Qaz cinsləri 3 əsas istiqamətə ayırd edilir: Ağır, orta və yüngül.

Ağır və ya ətlik istiqamət:

  • Adından da göründüyü kimi yüksək ət çıxşı verən cinslərdir. Bunlara xolmoqor, linda, tuluza, leqart, land və boz qazlar aiddir. Amma land və tuluza qaz cinsi yağlı ciyər əldə etmək üçün yetişdirilir. Bazarda bu cinsin satışına da çox rastlanmaz. Xolmoqor mənim tanıdığım ən böyük qaz cinsidir (Və ən bahalı) Elan saytlarında xolmoqor qazı yazsanız görəcəksiniz ki, 200-300 Azn-ə satılır. Satış nöteyi-nəzərdən bu qazları satmaq çətin olar deyə düşünürəm. Kim yeni ildə “tuxovkaya” 300 Azn qoyub yandırar? 🙂 Belə də ki, heç qaz sobasına yerləşməz də. Bəzən 10-15 kq olur bu cins qazların çəkisi. Linda sürüsündə böyük qazları bəzən xolmoqorla qarışdırırlar. Bir də belə qayda var: Qaz nə qədər böyükdürsə, yumurta o qədər az verir. Məsələn, xolmoqor 20-30, tuluza 30-40, boz qaz isə 35-45, linda qazı isə 40-50 yumurta verir.
  • Əhali arasında ən populyar qaz cinsi iri-boz qazlardır. Son vaxtlar linda qazı da çox yayılmağa başlayıb. Linda daha çox yumurta verir. Kürt yatmırlar. Boz qazlar daha dözümlüdür. Lindanın da bir-neçə növü var. Rus, ukrain, çin lindası bir-birlərindən biraz fərqlənirlər.
  • Bir digər Leqart qaz cinsi haqqında bu məqaləni də oxuya bilərsiniz. Linda kimi çox effektiv cinsdir, hətta daha tez böyüyür.

Orta çəkili qaz cinsləri:

  • Bunlar əsasən dekorativ cinslərdir. Bu cinslər haqqında ətraflı yazmağa lüzum görmürəm. Bura bu cür biznes üçün kiçik bazardır. Bəzək üçün daha maraqlı heyvan cinsləri var. Dekorativ qaz cinslərindən-lentli və sevastopol qıvırcığını saymaq olar. Çox baha olurlar. Çox yumurta verirlər, tez böyüyürlər, amma çəkiləri az olur.

Yüngül qaz cinsləri:

  • Bunlar italyan və bizdə çox məşhur olan kuban qazlarıdır. Diri çəkiləri 3-5 kq, kəsimdə 2-3 kq olur. Yumurta isə çox verirlər. (50-90 yumurta) Kuban qazları daha çox yeyir nəinki linda qazları, amma çəkidə çox geri qalırlar. Ona görə linda qazı kuban qazında mütləq üstünlüyə sahibdir demək olar.
qaz cinsi

Bazarda bu cinsləri çox vaxt bir-birinə qarışdırırlar. Məsələn, linda adı ilə satılır, amma çəkisi 4 kq-ı keçmir. Kuban qazını isə iri-boz adıynan satırlar. Xüsusən bala olarkən bunları ayırd eləmək müşkül məsələdir. Bu barədə tövsiyyəm odur ki, qazı, qaz balalarını tanış adamdan, tanış inkubatorlardan alasınız. Çox təəssüf ki, günümüz insanlarında xüsusən ticarət sahəsində dürüstlük ən nadir tapılan məhsula çevrilib.

Biz cinslər haqqında yazdıq, seçimi isə siz hədəfinizə uyğun edin. Ətinə görə linda vəya iri-boz qaz cinsi seçin. Yumurtalıq cins üçün kuban daha yaxşıdır.

Müəllif: turalnagi@gmail.com

3 COMMENTS

  1. Salam zəhmət olmasa mast qaz cinsi haqqındada məlumat yazardınız. Deyiıdiyinə görə mast qazları linda qədər yeyir ancaq çəkisi daha ağır olur. Təşəkkürlər.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: