Hansı quru meyvə nəyə faydalıdır?

Şirniyyat sevən insanlar üçün arıqlamaq əsl problemdir. Amma qeyd edək ki, pəhriz zamanı bir çox vitaminlər bədənə daxil olmur. Amma polivitamin qəbul edib, enerji toplayib, eyni zamanda əsl ləzzəti dadmaq üçün quru meyvələrdən yaxşı vasitə ola bilməz. Onların tərkibində olan kalsium, dəmir, natrium, maqnezium, B6 vitamini və pektin maddələri bədənin dayağıdır. Meyvə qurusu mədə-bağısaq sistemini tənzimləyib qəbizliyi aradan qaldırır.
Agroexpert.az saytı sizə meyvə quruları və faydaları haqqında məqalə təqdim edir. 

Meyvə qurusu

Ərik qurusu: Həzm problemlərinə yaxşı təsir göstərir, stres və qanazlığının qarşısını alır. Tərkibindəki A vitamini dəri problemlərinin müalicəsində son dərəcədə təsirlidir. Gündə 5 ədəd quru ərik ürək əzələlərinin inkişafına müsbət təsir göstərir.

Alma qurusu: Xüsusilə qatıqla yeyilərsə zəhərli ishal növləri çox güclü təsir göstərir. Tərkibindəki liflərə görə insanı tox saxlayır. Gözlərinizi yoracaq qədər bir işdə çalışırsınızsa hər gün bir ovuc quru alma yemək sizə yaxşı təsir göstərəcək.

meyvə qurusu

Kişmiş: Yaxşı enerji mənbəyidir. Bəlğəm gətirici xüsusiyyətlərinə görə tənəffüs xəstələrinə tövsiyə edilir. Gündə 10 dənə quru üzüm yemək təzyiqi aşağı salmağa kömək edir. Bu baxımdan iltihablara qarşı da immunitet sistemini gücləndirir.

Quru Xurma: Antioksidant tərkibli olduğundan immunitet sistemini gücləndirir və xərçəngə qarşı qoruyucu təsir göstərir. Dərinin gözəlliyi və sağlamlığının qorunmasında rol oynayır. Tərkibindəki yüksək fibrin mədə pozğunluğuna yaxşı təsir edir, B1, B2 vitaminləri isə sinir sistemini qoruyur. Beyin funksiyalarını tənzimləyir.

Tut qurusu: Yaxşı qan yaradan və qızdırma əleyhinə istifadə edilən quru tut əsil vitamin anbarıdır. Gündə bir ovuc yeyərək özünüzü daha gümrah və enerjili hiss edə bilərsiniz. Bundan başqa, tut qurusu ağız qoxusunu da yox edir.

Alça qurusu: Tərkibi B1, B2, B3, B6, A, C və E vitaminləri ilə zəngindir. Xərçəng və yaşlanmaya qarşı qoruyucu təsir göstərir. Tərkibindəki zəngin kalium və maqnezium təzyiq, qaraciyər, ürək, böyrək və revmatizm xəstəliklərinə yaxşı təsir edir.

Əncir qurusu: Tərkibində yağ, sodium, xolesterin olmadığından və yüksək lif nisbətinə sahib olduğundan kilo verməyə kömək edir. Tərkibi protein miqdarı baxımından az, sintezində istifadə edilən turşu baxımından isə zəngindir. Bu səbəbdən hüceyrələrin inkişafını dəstəkləyir. Boğaz ağrısı və bronxitə qarşı təsirlidir. Bədənin yenilənməsində fəal rol oynayır.

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

One thought on “Hansı quru meyvə nəyə faydalıdır?

  • September 25, 2018 at 11:02 am
    Permalink

    Indi isə “Dəvə-Lopper”))

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!