Hansı soğan daha faydalıdır: ağ, sarı yoxsa qırmızı?

agroexpert_soganSoğan istifadə olunması vacib olan qida məhsulları arasında mühüm yerlərdən birini tutur. ABŞ-ın Kaliforniya Universitetinin əməkdaşı Dr.M.Lepinsky öz araşdırmaları nəticəsində bu qənaətə gəlmişdir ki, soğanın insan sağlamlığına çox böyük xeyri var. 

Bu və digər araşdırmalar sübut edir ki, soğan ən faydalı tərəvəzlərdən biri sayılır. Bu faydalı tərəvəzin bir çox növləri var. Bazarlarda ağ, sarı və qırmızı soğan satılır.

Bəs hansı soğan daha faydalıdır: ağ, sarı yoxsa qırmızı?

Kanada alimlərinin araşdırmaları göstərib ki, bütün soğan növləri arasında qırmızı soğan ən faydalı xüsusiyyətlərə malikdir.

Araşdırmanın nəticələri nüfuzlu Food Research International jurnalında dərc olunub.
Qırmızı soğanın tərkibində olan kversetin və antosian antioksidantlarının damarları möhkəmləndirmək və bununla da ürək-damar sistemi xəstəliklərinin riskini azaltmaq xüsusiyyətləri vardır.

Kversetin və antosian maddələri orqanizmdə gedən qocalma proseslərini ləngidir. Sərbəst radikalların orqanizmə olan dağıdıcı təsirini azaldır. Orqanizmi köhnə hüceyrələrdən təmizləyir.

Digər soğan növləri ilə müqayisədə qırmızı soğan daha güclü xərçəng əleyhinə təsirə malikdir.
Həmçinin, qırmızı soğan insan immunitetini daha yaxşı stimullaşdırır.
Faydalı xüsusiyyətlərə görə ikinci yerdə sarı, üçüncü yerdə isə ağ soğandır. Ağ soğanın çox yumşaq və xoş dadı var ki, onu salatlara əlavə etmək yaxşıdır.

 

 Soğan şirəsinin faydaları nələrdir???

 

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!