Hansı tərəvəzləri necə saxlamaq lazımdır?

Yeyilən qidaların sağlam olması uyğun saxlanma şərtlərindən asılıdır. Tərəvəzlərin təzə və sağlam istehlak edilməsi üçün qorumaq və saxlamaq üsullarına düzgün əməl etmək lazımdır. Bununla da siz tərəvəzlərinizi ilk günki kimi ləzzətlə yeyə bilərsiniz.

tərəvəzlər agroexpert.az

Bütün tərəvəz və meyvələr həm otaq temperaturunda, həm də işıqlı yerlərdə tərkibindəki B qrupu, A və C vitaminlərini tez bir vaxtda itirir.

Qoruma üsullarında meyvə və tərəvəzlərin xüsusiyyətlərini nəzərə almaq çox vacibdir. Yaşıl tərəvəzlərin saxlanılma üsulları bir-birindən fərqlidir. Aldığınız məhsulları düzgün saxlasanız həm pulunuzdan, həm də vaxtınızdan səmərəli istifadə etmiş olarsınız.

Tərəvəzləri saxlayarkən bunlara diqqət edilməlidir.

Tərəvəzlərinizi istehlak etdikdə həmişə yuyun. Bu şəkildə soyuducuda olan hava məhsulların çürüməsinə mane olur.

Saxlama qabı olaraq dəlikli qabları seçə bilərsiniz.

Meyvələrinizi və tərəvəzlərinizi bir yerdə saxlamayın. Meyvələr etil qazı çıxardığı üçün yanındakı tərəvəzlərin xarab olmasına səbəb ola bilər.

Soyuducuda bir çox tərəvəz üçün uyğun bir saxlama şəraiti var. Ancaq soğan, sarımsaq, kartof və pomidor soyuducuya qoyulmadan uyğun temperaturda saxlanılmalıdır. Bunlar birbaşa günəş işığı qəbul etməyən və havanı ala bilən qablarda saxlanıla bilər.

Cəfəri, reyhan və şüyüd kimi tərəvəzlər tez xarab olan yaşıl bitkilərdir. Bu səbəbdən onlar daha diqqətli saxlanılmalıdır. Bu tərəvəzlərin üzərinə bir paket keçirə və ağzını iplə bağlaya bilərsiz. Beləliklə göyərtidən nə vaxt istəsəniz təzə kimi istifadə edə bilərsiniz.

Kahı saxlayarkən salfetlərdən istifadə edə bilərsiniz. Kahıların üzərinə bir kağız dəsmal və ya salfet qoyun ki, içəridəki nəmin əmilməsini təmin etsin.

Göbələk, yumşaq qabıqlı bir tərəvəz olduğu üçün tez xarab olur. Bu vəziyyətin qarşısını almaq üçün plastik torbalar əvəzinə kağız torbalardan və saxlama qablardan istifadəyə üstünlük verməlisiniz. Bununla nəmin zərər verməsinin qarşısını alacaqsınız.

Donduraraq saxlamaq

Tərəvəz və meyvələrdən uyğun olanları ən uzun və sağlam saxlamaq üsulu onları dondurmaqdır. Dövrümüzdə bu üsul xeyli inkişaf edib. Dondurulmuş tərəvəz və meyvələri demək olar ki, hər fəsildə və hər yerdə dərin dondurucuda saxlamaq mümkündür. Dondurma əməliyyatı üçün daim su faizi az olan tərəvəzlər seçilir. Məsələn, pomidor bunun üçün uyğun deyil. Təzə noxud, yaşıl lobya, istiot sortları, badımcan, bibər və s. uyğundur.

Əvvəlcə tərəvəzlər təmizlənir. Formaya salınır, doğranır.

Tərəvəzləri dondurmadan əvvəl bir çoxları az müddət qaynadılır.  Bu qaynatma tərəvəzlərdə zərərli fermentlərin fəaliyyətinin qarşısını almaq üçün edilir. Az qaynatmaq həm də tərəvəzlərin rəngini, dadını və qidalanma dəyərini qorumağa kömək edir. Bəzi tərəvəzlər üçün qaynatma suyuna limon suyu əlavə etmək lazımdır (paxla kimi).

Hazırlanmış tərəvəzlər dərhal qaynayan suya salınır, 10-15 saniyədən 2 dəqiqəyə qədər saxlanılır. Çıxarıldıqdan dərhal sonra soyuq suya çəkilir və çox yaxşı süzülür, qablaşdırılır, aşağı temperaturda (-30 ° C) dondurulur və -18 ° C-də saxlanılır. Paketlərdə hava qalmamasına diqqət yetirilməlidir. Paketlər birdəfəlik istifadə üçün yığılmalıdır. Tərəvəzlər də ətlər kimi bir dəfə dondurulur.

  • Əridilmiş paketlər mütləq istifadə olunmalı və yenidən dondurulmamalıdır.
  • Qaynadılmayan tərəvəz və meyvələr yaxşı təmizlənməlidir.

Dondurma zamanı vitamin və mineral itkisi çox az olur. Qaynadarkən bir az itkiyə olsa da faydaları da var. Dondurulmuş tərəvəz və meyvələr ümumiyyətlə 6 aydan 1 ilədək dərin dondurucularda saxlanıla bilər.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669