Lider 55, yubileyni yoxsa başqa ətlik toyuq cinsi?

Biznes qurmaq istəyənləri bu sual hər zaman düşündürür. Hansı toyuq cinsi ən sərfəlidir? Son vaxtların populyar toyuq cinsləri kuçinsk yubileyni, “gümüşü ağ” (serebrist), “lider 55” və sairdir. Ona görə bu ətlik cinslərin müqayisəli cədvəlini düzəltməyə qərar verdim. Fermerlər isə bu cədvələ baxıb seçim edə bilərlər.

Related image Image result for адлер серебристый transparent Related image
Lider 55 Kuçinsk yubiley Gümüşü ağ Ross 308
İstiqamət ətlik-yumurtalıq ətlik-yumurtalıq ətlik-yumurtalıq broyler
Çəkisi 52 günə: 1,5 kq 75 günə: 1 kq 75 günə: 1 kq 75 günə: 4-5 kq
İllik yumurtaverimi 165-200 180-250 180-200 50-90
Yumurta çəkisi 70 q 60 q 60 q 70 q
Xassələri genetik sağlamdır, iqlim və xəstəliklərə qarşı dözümlüdür, yerli şəraitə uyğundur, bəslənilməsi sərfəlidir cücəsi dözümlüdür, ət çıxımı yüksəkdir. Çəkisi 2-3,8 kq-a kimi çata bilir. cücələrin 95% sağ qalması, 2-3 il ərzində yumurtaverimi azalmır, sakit təbiətlidirlər broyler toyuqdur, 1 ayda 1,5 kq çəki yığır, əti dadlıdır, yumurtası böyükdür.

Qeyd edək ki, bu cədvəldə “Lider 55” yerli mütəxəssislər tərəfindən seleksiya yolu ilə əldə edilmişdir və patenti də Azərbaycana aiddir.

Həmçinin Brama toyuqlarını bura əlavə etmədim, çünki düzgün olmazdı. Bramalar giant cinslərdir. Müqayisə olunmaz dərəcədə böyüyüyrlər. 6 aylıq ikən yumurta verməyə başlayır. İnkubasiya dövrü 21 gündür. İldə 120-180 yumurta verirlər. Yerləri isti olsa il boyu artım verə bilərlər. Çəkiləri isə 4-5 kq-a kimi çatır.

Toyuq cinsləri haqqında digər məqalələrimiz üçün oxuyun…

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика