Həddindən artıq istifadə etdikdə zəhər təsiri yaradan qidalar

Gündəlik həyatınızda demək olar ki, hər gün yediyiniz bal, kofe, su kimi qidaların zərərli də ola biləcəyini heç düşündünüzmü?Həddindən artıq dozada istifadə edildikdə sağlamlığınıza ciddi zərərlər verərək, hətta zəhər təsiri yarada bilər. Agroexpert.az artıq istifadə etdikdə zəhər təsiri yaradan qidaların siyahısını təqdim edir.

qidalar
Su

Mütəxəssislər tərəfindən bir insanın gündə orta hesabla 2 litr su içməsinin lazım olduğu bildirilir. Ancaq tək səfərdə 2 litrdən çox su zəhərlənməsi yaşada bilər.

Qəhvə

Bir çox adam üçün günə başlamağın açarı olan və gün ərzində də tez-tez istifadı edilən qəhvə artıq dozada alındıqda ciddi problemlərə yol açır. Bu səbəblə mütəxəssislər artıq dozada kofein alınmamalı olduğunu vurğulayır. Orta hesabla bir insanın gündə 400 milliqramdan artıq kofein alması, həddən artıq doza kimi qiymətləndirilir. Əgər kofein istehlakı çox miqdarda olarsa, orqanizmdə ürək döyüntüsü, hərarətin yüksəlməsi hətta ölümlə nəticələnəcək ürək tutmasına səbəb ola bilər.

Şokolad

Dadı, iyi bir çox adam üçün əvəzolunmaz olan şokoladı, çox miqdarda yediyimiz halda sizi ölümə aparar heç düşündünüzmü? Şokolad içərisində az miqdarda da olsa teobromin olur. Bu güclü maddə, sinir sistemini xəbərdar edir. Əgər bir oturuşa səkkiz kilo şokolad yesəniz, ishal olub epilepsiya ola bilərsiniz. Daha sonra daxili qanaxma və ürək tutmasından həyatınızı itirə bilərsiniz.

Birdən-birə səkkiz kilo şokolad yeməyəcəksiniz bilirik. Ancaq sağlam bir həyat üçün şirniyyatı mümkün qədər az istifadə etməklə yanaşı, xərçəngə qarşı tədbir almağınızda fayda var.

Darçın

Qoxusuyla sizi ovsunlayan, dadı ilə dadlandıran darçın, çox istifadə etmək olmaz. Ciddi bir darçın həvəskarısınızsa, darçın istifadəsində nəzarət etməkdə fayda var. Əgər 35 xörək qaşığı darçın tozu isifadə ertsəniz benzaldehit zəhərlənməsi səbəbi ilə ölə bilərsiniz.

Tunes balığı

Balığın zehni və fiziki baxımdan bir çox faydası olduğu mütəxəssislər tərəfindən hər dəfə vurğulanır. Lakin tez-tez tunes balığı istifadə edən birisinizsə bu məlumatı dinləməyinizi təklif edirik: Tunes balığı civəylə zəngin bir balıq növüdür. Kiçik balıqlarda az miqdarda olan civə, tunes balıqlarında çox miqdarda olur. Yüksək miqdarda ton balığı istifadə etsəniz, daşıdığı civəyə görə beyin funksiyalarınıza zərər verə bilərsiniz.

Muskat

Muskat yeməklərdə az miqdarda istifadə edilməlidir. Çox isifadə edildikdə müxtəlif təsirlər yarada bilər. Məsələn, səkkiz qram muskat istifadə etmək, bəzi narkotiklərin yaratdığı halyusinogen təsirlərə səbəb ola bilər. Bu da özünüzə və ya ətrafınızdakı insanlara ölümcül zərbələr verməyinizə səbəb ola bilər.

Bal

Bal necə zəhər təsiri yarada bilər – deyə, ağıllı bir sual yaranmış olur. Lakin bəhs etdiyimiz bal, digər ballardan fərqlidir. Yəni arılar tərəfindən hələ yaradılmış çiy baldan danışırıq. Pasterizə olunmamış bu çiy balın bir xörək qaşığı belə, bu çiy balın bir yemək qaşığı da, daşıdığı granoya toksinə görə halsızlıq və qızdırma kimi problemlərə səbəb ola bilər. Daha da artığı isə zəhərlənmələrə və ölümlərə yol aça bilər.

Alma tumu

Bir çox adamın favorit meyvələrindən olan almanın faydaları saymaqla bitmir. Amma digər tərəfdən, almanın içində olan tumların zərərli ola biləcəyini bilirdinizmi? Bir stəkan alma tumu yedikdə sianid zəhərlənməsi səbəbi ilə həyatınızı itirə bilərsiniz

Acı badam

Təbiətin ən faydalı çərəzlərinən biri olan acı badamın bir çox faydası var. Amma 25 ədəd acı badamın, daşıdığı hidrogen sianidlə ölümlərə səbəb ola bilər.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика